Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:25

AB-nin Bakıdakı missiyası seçki mühitinin pisləşməsindən narahatdır


Səs: Real audio
Bunu prezident İlham Əliyev deyir Avqustun 18-də Avropa Birliyi (AB) ölkələrinin Bakıdakı səfirlikləri bütün partiyaları dinc seçki kampaniyası keçirməyə çağırıblar.



Bu haqda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.



Səfirliyin müvəqqəti işlər vəkili Kolin Velz deyib: «AB-nin Bakıdakı missiyası seçki mühitinin pisləşməsindən narahatdır».



Missiya Azərbaycanın demokratik inkişafı naminə bütün partiyaları seçkinin azad və əldalətli keçirilməsinə ciddi səy göstərməyə dəvət edir.



Cənab Velz deyir ki, demokratik seçki kampaniyasında zorakılıq və hədə-qorxudan istifadəyə yer yoxdur.



Seçkinin beynəlxalq standartlara cavab verməsini təmin etmək üçün AB Azərbaycana kömək etməyə hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG