Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:51

«Qərb hakimiyyətdən bir sıra yüksəkçinli məmurun vəzifədən uzaqlaşdırılmasını tələb edir»


Səs: Real audio
Baş redaktordan Elmar Hüseynovun qətli ilə əlaqədar rəhbərlik etdiyi qəzetdə gedən məqalələrin hansı mənbəyə əsaslandığı və müəllifin kim olduğunu soruşublar «Bakı - Xəbər» qəzetindəki «Qərb hakimiyyət qarşısında şərt qoyub» başlıqlı məqalədə Həbibə Abdulla yazır ki, diplomatik mənbələrdən əldə olunan məlumata görə, Qərb Azərbaycan hakimiyyəti qarşısında əvvəlkilərdən fərqli olaraq daha ciddi öhdəliklər qoyub. Məqalədə bildirilir ki, bura bir-neçə məmurun, xüsusən də Milli Məclisin sədri Murtuz Ələsgərovun, prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin və Daxili İşlər naziri Ramil Usubovun vəzifəsindən uzaqlaşdırılması daxildir. Qərbli mütəxəssislər hesab edirlər ki, adıçəkilən şəxslər seçki saxtakarlığında böyük rol oynayırlar.



«Yeni Azərbaycan» qəzetindəki «Kazan sammiti MDB-nin varlığına son qoya bilər» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, toplantıya hazırlıq çərçivəsində rəsmi Moskva MDB-yə bəslədiyi geosiyasi ümidlərin tədricən puça çıxdığını dərk edir və yeni mərkəzin qurulması istiqamətində çalışmalara başlayıb. Odur ki, Gürcüstan, Ukrayna və Qırğızıstanda baş vermiş olaylardan sonra Kreml MDB-dəki forpostlarına təkrar nəzər yetirməyə başlayıb. Müəllif yazır ki, qurumun mövcud olduğu 13 ildə Rusiyanın irəli sürdüyü bütün təşəbbüslər ambisiya xarakterli olduğundan praktik nəticə verməyib.



«Xalq Cəbhəsi» qəzeti AMİP sədri Əli Əliyevlə müsahibə dərc edib. Partiya sədri deyir ki, parlament seçkisi müxalifətin qüvvəsini zəiflədəcək. Cənab Əliyev deyir ki, ötən illərdəki seçkilərdə seçdiyi taktikanı müxalifət indi də davam etdirir ki, bu da strateji cəhətdən səhv seçimdir. Əli Əliyevə görə, müxalifət hakimiyyətdən narazı elektoratı dairələr üzrə bir neçə yerə bölməklə, hakimiyyət namizədlərinin şansını artırır.
XS
SM
MD
LG