Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:11

Vergi orqanlarına işə qəbulla bağlı müsabiqə keçirilir


Səs: Real audio
Baş redaktordan Elmar Hüseynovun qətli ilə əlaqədar rəhbərlik etdiyi qəzetdə gedən məqalələrin hansı mənbəyə əsaslandığı və müəllifin kim olduğunu soruşublar Könlünüzdən Vergilər Nazirliyində işləmək keçirsə, sizə şad xəbərim var. Nazirlik vergi orqanlarına işə qəbulla bağlı müsabiqə elan edib.



Vergilər Nazirliyinin mətbuat katibi Fariz Səmədov deyir ki, yaşı 35-dən yuxarı olmayan, ali savadlı hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər. Onun sözlərinə görə, müsabiqə 3 mərhələdən ibarətdir.



- İlkin mərhələdə, yəni avqustun 23-dək sənədlər qəbul olunur. Sentyabrın 23-dək test imtahanına buraxılacaq şəxslər müəyyənləşdiriləcək. Test imtahanından 70%-dən yuxarı bal toplayan şəxslər müsahibə üçün vergi orqanlarına dəvət olunacaqlar.



Fariz Səmədov sənəd verən şəxslər arasında iqtisadi və hüquqi təhsili olanlara üstünlük veriləcəyini deyir. Test imtahanında sualların əksəriyyəti də iqtisadiyyat və hüquqa aid olacaq. Müsabiqədən keçən şəxslər 6 ay təcrübə keçəcəklər.



- İşə götürülən şəxslə müqavilə bağlanılır və orada göstərilir ki, 6 ay ərzində sınaq müddətindədir. Sınaq müddətini uğurla keçən şəxsin müqaviləsi uzadılır.



Müsabiqədə iştirak etmək istəyənlər ərizə, tərcümeyi-hal, şəxsiyyət vəsiqəsinin surəti, kadrların şəxsi uçot vərəqəsi, 4x6 ölçüdə 4 ədəd şəkil, ali təhsil barədə diplomun təsdiq olunmuş surəti, əmək kitabçasının təsdiq olunmuş surəti və ya əmək fəaliyyətinin olmamasına dair arayış, sağlamlıq və ailə tərkibi haqqında arayışlardan ibarət sənədlərini avqustun 23-dək Vergilər Nazirliyinə təqdim etməlidirlər. Müsabiqənin nəticələri oktyabrın 17-də açıqlanacaq.
XS
SM
MD
LG