Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:46

Sankt-Peterburqda azərbaycanlılara münasibət yaxşıdır


Səs: Real audio
Baş redaktordan Elmar Hüseynovun qətli ilə əlaqədar rəhbərlik etdiyi qəzetdə gedən məqalələrin hansı mənbəyə əsaslandığı və müəllifin kim olduğunu soruşublar Bugünkü "Qlobus"da söhbət Sankt–Peterburqda yaşayan azərbaycanlılardan və xaricdə oxuyan Azərbaycan gənclərinin təşkilatlanmasından gedəcək.



"Qlobus"un qonaqları:



- Sankt–Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin icraçı direktoru Akif Qasımov;



- Ümumrusiya Azərbaycanlıları Konqresinin Sankt-Peterburq şöbəsinin sədri Əlsevan Mirzəyev;



- Və Belçika-Azərbaycan Evinin rəhbəri Bülənt Gürçam



İlk mövzumuz Rusiyanın ikinci iri şəhəri olan Sankt-Peterburqda yaşayan azərbaycanlılarla bağlıdır.



Həmsöhbətimiz Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin icraçı direktoru Akif Qasımovdur.



Akif bəy Sankt–Peterburqda təhsil alıb, bu şəhərdə hərbi xidmətdə olub, o vaxtdan da Sankt-Peterburqda qalıb. Hazırda Sankt-Peterburqda azərbaycanlıları birləşdirən iki əsas təşkilat var. Bu, Azərbaycan Milli Mədəni Muxtariyyəti və Ümumrusiya Azərbaycanlıları Konqresinin Sankt-Peterburq şöbəsidir.



Azərbaycan Milli Mədəni Muxtariyyəti 1999-cu ildə yaranıb. Akif Qasımov deyir ki, indi qurumun 10 minə yaxın üzvü var. Onun sözlərinə görə, Sovet İttifaqının dağılmasından sonra Azərbaycandan Sankt-Peterburqa çox güclü axın olub və bu şəhərdə yaşayan azərbaycanlıların sayı kəskin şəkildə artıb.



Növbəti qonağımız Ümumrusiya Azərbaycanlıları Konqresinin Sankt-Peterburqdakı şöbəsinin rəhbəri Əlsevan Mirzəyevdir.



Əlsevan bəy 15 il əvvəl ailə vəziyyəti ilə əlaqədar Sankt-Peterburqa köçüb. Dediyinə görə, Sankt-Peterburqda yaşayan azərbaycanlılar arasında müxtəlif peşə sahibləri var və bu şəhərdə azərbaycanlılara münasibət yaxşıdır.



Bu yaxınlarda insan hüquqları təşkilatının Avropa Birliyinin yardımı ilə apardığı tədqiqatın nəticələrinə görə, Rusiyanın iri şəhərlərində irqçilik və ksenofobiya – başqa millətlərə qərəzli münasibət artıb və Qafqazdan olan insanlara qarşı hücumlar çoxalıb. Amma əvvəl söhbət etdiyim Akif Qasımov deyir ki, belə insidentlər çox nadir hallarda olur, ümumilikdə isə, Sankt-Peterburqda azərbaycanlılara münasibət müsbətdir.



Bugünkü "Qlobus"un axırıncı xəbəri xaricdə oxuyan gənclərə həsr olunub.



Bu ilin oktyabr ayında Brüsseldə xaricdə təhsil alan azərbaycanlı gənclərin birinci forumu keçiriləcək. Forumu Belçikada fəaliyyət göstərən Azərbaycan Evi təşkil edir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG