Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:17

Rauf Arifoğlu MTN-də ifadə verdi


Səs: Real audio
Baş redaktordan Elmar Hüseynovun qətli ilə əlaqədar rəhbərlik etdiyi qəzetdə gedən məqalələrin hansı mənbəyə əsaslandığı və müəllifin kim olduğunu soruşublar «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu avqustun 17 –də Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılıb. Cənab Arifoğlu deyir ki, MTN-də ondan bu il martın 2-də qətlə yetirilmiş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun işi ilə əlaqədar rəhbərlik etdiyi qəzetdə gedən məqalələrin hansı mənbəyə əsaslandığı və müəllifin konkret kim olduğunu soruşublar.



Baş redaktor nazirlik əməkdaşlarının buna nail olmadığını deyir. Onun sözlərinə görə, MTN bu işi obyektiv araşdırmadığı üçün mənbənin və müəllifin adını açıqlamaq istəmir.



Cənab Arifoğlu nazirliyə yenə dəvət ediləcəyini istisna etmir. O, bildirir ki, ifadəsinin sonunda hazırda 28 saylı Sabunçu dairəsindən deputatlığa namizədliyini verdiyini və seçki prosesi ilə əlaqədar vaxtının məhdud olduğunu, eləcə də istintaqa əlavə heç nə deyə bilməyəcəyini qeyd edərək bir daha MTN-ə çağırılmamasını xahiş edib.



MTN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev isə deyir ki, hazırda Elmar Hüseynovun qətli ilə bağlı nazirlik intensiv əməliyyat - axtarış tədbirləri həyata keçirir: «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun da nazirliyə dəvət olunması bununla bağlıdır».



«Yeni Müsavat» qəzeti son saylarında Elmar Hüseynovun qətlində şübhəli bilinən Tahir Xubanovun öldürülməsi və bu işlə bağlı rəsmi versiyadan fərqli məlumatlar dərc edib.
XS
SM
MD
LG