Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:58

İlqar İbrahimoğlunun məhkumluğu saxlanıldı


Səs: Real audio
O, kassasiya şikayəti verəcəyini deyir Dini Etiqadlar və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM) koordinatoru İlqar İbrahimoğlunun məhkumluğu götürülməyib. Avqustun 17-də Apellyasiya Məhkəməsi müvafiq şikayətə baxaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan qətnamə çıxarıb.



Cənab İbrahimoğlunun dediyinə görə, Apellyasiya Məhkəməsi onun islah olunmasını sübut edən arayış istəyib: «Məhkəmə mənim islah olunmamağımı insan haqlarına dair beynəlxalq konfranslara getmək cəhdlərimlə əsaslandırdı».



O, qətnaməni qərəzli sayır və bunun ictimai fəaliyyətinə mane olmaq məqsədi güddüyünü deyir. İ.İbrahimoğlu qətnamədən kassasiya şikayəti verəcəyini deyir.



İyulun 19-da Yasamal Rayon Məhkəməsi İ.İbrahimoğlunun məhkumluğunu götürməkdən imtina etmişdi. O, isə bununla razılaşmayaraq apellyasiya şikayəti vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG