Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:12
Rubrikalar

FIFA növbəti reytinq cədvəlini açıqladı


Səs: Real audio
Ukraynanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili İqor Kezima Azərbaycan müxalifətinin ünvanına bir sıra ittihamlar söylədi - Azərbaycanın futbol üzrə yığma komandası dünya ölkələri arasında 116-cı sıraradır.



Beynəlxalq Futbol Federasiyaları İttifaqının [FIFA] avqustun 17-də açıqladığı reytinq cədvəlinə görə, ötən ayla müqayisədə Azərbaycan yığmasının dünya ölkələri arasında mövqeyi dəyişməz qalıb.



Reytinq cədvəlinə əvvəlkitək Braziliya yığması başçılıq edir, daha sonra Argentina və Hollandiya milliləri gəlir. Keçmiş Sovet ölkələrindən Rusiya 29-cu, Ukrayna 36-cı, Gürcüstan 102-ci, Ermənistan isə 119-cudur.



Avqustun 17-də keçirilən rəsmi yoldaşlıq görüşləri, o cümlədən Albaniya-Azərbaycan oyununun nəticələri də reytinq cədvəlinə təsirini göstərəcək. Bu, Azərbaycan və Albaniya komandaları arasında üçüncü görüşdür. Əvvəlki iki görüşdə albanlar minimal hesabla qalib gəlmişdilər.



- Türkiyənin İzmir şəhərində davam edən 23-cü Ümumdünya Tələbə Universiadasında Azərbaycan idmançıları daha bir uğura imza atıblar. Azərbaycan taekvondoçusu Vüqar Kərimov 54 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb. Bu, Azərbaycan idmançılarının universiadada ikinci medalıdır. Bundan əvvəl gənclər üzrə ikiqat dünya çempionu Namiq Sevdimov da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.



- Avqustun 17-də Azərbaycanın paralimpiyaçıları Finlandiyaya yola düşüblər. Onlar avqustun 22-də bu ölkədə başlanacaq atletika üzrə açıq Avropa çempionatında iştirak edəcəklər. Yarışda Azərbaycanı müxtəlif əlillik dərəcəsi olan 8 idmançı təmsil edəcək. Bu çempionatda qalibiyyət 2008-ci ildə Pekində keçiriləcək 13-cü Yay Paralimpiya Oyunlarına lisenziya verir.
XS
SM
MD
LG