Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:40

Bir əsgər əsir, ikisi isə minaya düşdü


Səs: Real audio
Ukraynanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili İqor Kezima Azərbaycan müxalifətinin ünvanına bir sıra ittihamlar söylədi Avqustun 16-dan 17-nə keçən gecə Azərbaycan Ordusunun (AO) iki əsgəri Tərtərin Qapanlı kəndində minaya düşüb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ramiz Məlikov «Azadlıq» radiosuna bildirib. Onun sözlərinə görə, əsgərlərdən biri - İlqar Nurəliyev həlak olub, digəri - Zamiq Aslanov isə yaralanıb. Cənab Məlikov deyir ki, yaralı əsgər hərbi hospitalda mülaicə olunur, «vəziyyəti kafidir və həyatı üçün təhlükə yoxdur».



AO-nun başqa bir əsgəri Ramil Xudaverdiyev isə Ermənistan silahlı qüvvələrinə əsir düşüb. Bu barədə Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyi məlumat yayıb. Nümayəndəliyin Mətbuat Xidmətinin rəhbəri Gülnaz Quliyeva deyir ki, onlara bu xəbəri Ermənistan tərəfi verib. Onun bildirdiyinə görə, avqustun 15-də Qırmızı Xaç Komitəsinin Ermənistan Nümayəndəliyinin əməkdaşı əsirlikdə olan Ramil Xudaverdiyevlə görüşüb və onun saxlanma şəraitilə maraqlanıb: «Ailəsinin məktubu ona, onun məktubu isə ailəsinə çatdırılıb».
XS
SM
MD
LG