Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:15
Rubrikalar

"Avazın yaxşı gəlir, oxuduğun Quran olsa…"


Səs: Real audio
Ukraynanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili İqor Kezima Azərbaycan müxalifətinin ünvanına bir sıra ittihamlar söylədi Bakı büromuzun bu dəfəki qonaqları günəmuzd fəhlələr – ixtisasca həkim Telman Fədai və sürücü Asif Məmişov – və sadəcə, çayçı Asifdir.



Telman Fədai: "Seçkilərdən heç nə gözləmirik. Hamısı saxta, özləri üçün deyilən sözlərdir. İndiyə qədər mən özüm heç bir seçkilərdə iştirak etməmişəm. Çünki, inamım yoxdur. Bu dəfə də iştitrak etməyəcəm... İndikilər deyirlər ki, mənə səs verin hər şey yaxşı olacaq. O, özü üçün nəzərdə tutur, hər şey yaxşı olacaq, bizim üçün yox…".



Asif Məmişov: "Mən seçkilərdə iştirak etmişəm. Seçkiqabağı namizədlər çox vədlər verirlər. Ancaq deputat kürsüsünə oturandan sonra nə gəlmirlər, nə yoxlamırlar. Beş ildir Biləcərdə "Xəzri" mehmanxanasında məskunlaşmışam. Bir otaqda yaşayıram. Bir dəfə də olsun bizim deputat gəlib vəziyyətimizi yoxlamayıb…"



Çayçı Asif: "Sözün doğrusu, indiyədək iştirak etməmişəm. Amma fikrim var ki, parlament seçkilərində yaxından iştirak edim. Sözün düzü, mənim şəxsiyyət vəsiqəm yox idi. Bunun dövlət rüsumu 5500 manatdır. Mənə deyirlər ki, 50 min verməlisən. Deyirəm, niyə. Axı bunun dövlət rüsumu 5500-dür. Deyir, get haçan pulun olar, o vaxt gələrsən. Mən bir daha rayona gedib deyəcəm ki, olan budur. Daxili işlər naziri dəfələrlə çıxıb deyir ki, camaata şəxsiyyət vəsiqələri verilməlidir. Əgər 5500 əvəzinə 6000 desələr belə, mən almayacam. Və seçkidə iştirak etməyəcəm…



Telman bəy bayaq gözəl qeyd etdi ki, avazın yaxşı gəlir, oxuduğun Quran olsa… Götürək məsələn, prezidentin əmisi Cəlal Əliyevi. O, gedir bizim rayona, Saatlıya, deyir ki, "ay Gülhüseyn, məni deputat seçin xalqın problemi olmayacaq". Amma gedib oturur parlamentdə, onu söyür, bunu söyür. Belə insanlara mən necə səs verə bilərəm.… Lap qış olsun, qar dizdən olsun, Cəlal Əliyev Əli Bayramlıdan keçən kimi Saatlının bütün kəndlərinin işıqları yanır. Aylarla işığı yanmayan kəndlərin işığı yanır. Gəlir, fırlanır, hərlənir, Əli Bayramlıya qayıdan kimi işıqlar sönür… Onda belə çıxır ki, biz orda bir ev tikək. Cəlal Əliyev gəlib otursun ki, bizim işıqlarımız sönməsin…".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG