Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:23

«Yeni Fikir»in ofisində axtarış aparıldı


Səs: Real audio
Qurumun vitse-prezidenti Alen Deletroz sentyabrın 8-9-da Bakıya gələcək Avqustun 17-də «Yeni Fikir» Gənclər Təşkilatının ofisində axtarış aparıldı. Təşkilatın iki kompyuteri ekspertiza məqsədilə götürüldü. Axtarışda Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyev və Səbayel Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov iştirak edirdi.



«Yeni Fikir»in beynəlxalq məsələlər üzrə koordinatoru Səid Nuriyev deyir ki, onlara axtarış barədə order təqdim olunub.



Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyev məsələyə hər hansı şərh verməkdən imtina etdi.



Avqustun 3-də «Yeni Fikir»in sədri Ruslan Bəşirli hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (dövlətin konstitusion quruluşunu dəyişdirməyə yönələn hərəkətlər) cinayət işi açılıb.



Baş Prokurorluğun yaydığı məlumatda cənab Bəşirlinin Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunduğu və onlardan pul aldığı iddia olunur.



«Yeni Fikir» Gənclər Təşkilatının nümayəndələri isə bu ittihamı qəbul etməyərək, qurumun müxalif mövqeyə malik olduğu üçün təzyiqlərə məruz qaldığını bildirirlər.
XS
SM
MD
LG