Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:56

Böhran Qrupu Qarabağ münaqişəsinə dair tövsiyələr hazırlayır


Səs: Real audio
Qurumun vitse-prezidenti Alen Deletroz sentyabrın 8-9-da Bakıya gələcək Beynəlxalq Böhran Qrupu (BBQ) Dağlıq Qarabağ münaqişəsinə dair iki hesabat hazırlayaraq sentyabr ayında yayacaq. Azərbaycan və Ermənistandakı vəziyyəti əks etdirən bu hesabatlara bir sıra tövsiyələr də daxildir. Bunu «Azadlıq» radiosuna BBQ-nin Qafqaz üzrə layihə direktoru Sabin Freyzer deyib: «Əvvəla, biz regiona, o cümlədən, digər ölkələrə bu münaqişə, onun nəticələri barədə məlumat vermək istəyirik. Digər tərəfdən, tövsiyələr vasitəsilə münaqişənin mümkün həlli üçün öz təkliflərimizi irəli sürürük».



Xanım Freyzerin dediyinə görə, BBQ-nin vitse-prezidenti Alen Deletroz sentyabrın 8-9-da Bakıya gələcək: «O, Azərbaycan hökumətinə qurumun hazırladığı hesabatı və 20-dək tövsiyəni təqdim edəcək».



BBQ dünyada mövcud və potensial münaqişə ocaqlarını öyrənir və hər ay ayrı-ayrı konfliktlərin həlli barədə öz proqnozlarını verir.
XS
SM
MD
LG