Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:13

Ayaz Mütəllibovun sənədləri qəbul olunub


Səs: Real audio
Hakim partiyada deputatlıq uğrunda əsl müharibə başlayıb Avqustun 17-də eks-prezident Ayaz Mütəllibovun sənədləri namizədliyini irəli sürdüyü 17 saylı Yasamal üçüncü seçki dairəsinə təqdim edilib. Xəbəri «Azadlıq» radiosuna Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirib. Onun sözlərinə görə, cənab Mütəllibova imza vərəqələrinin verilib-verilməməsi avqustun 22 –də məlum olacaq.



17 saylı Yasamal üçüncü Dairə Seçki Komissiyasının sədri Qədir Kərimov isə təqdim edilən qovluqda eks-prezidentin şəxsiyyətini təsdiq edən heç bir sənədin olmadığını deyir.



Sözügedən dairədən Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyeva da namizədliyini irəli sürüb.



Ayaz Mütəllibov vəzifə səhlənkarlığı üzündən Xocalı faciəsinin qarşısını almamaqda ittiham olunur. Onun haqqında cinayət işi açılıb. Ölkə rəsmiləri dəfələrlə eks-prezidentin Azərbaycana gələcəyi təqdirdə həbs olunacağını bildiriblər.
XS
SM
MD
LG