Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:22

«YAP-da dava düşdü»


Səs: Real audio
Hakim partiyada deputatlıq uğrunda əsl müharibə başlayıb «Yeni Azərbaycan» qəzetindəki «Metsamor AES təcili qapadılsın» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, bir müddət öncə Beynəlxalq Atom Enerjisi Agentliyi -MAQATEnin rəhbəri Məhəmməd Əl-Baradeyi Ermənistanda olub. O, Metsamor AES-lə bağlı narahatlığını bildirib. Müəllif yazır ki, bu stansiya Türkiyə, Azərbaycan və Gürcüstan hökumətlərinin narahatlıqlarını daha da artırır. Çünki AES bu ölkələrin sərhəddində yerləşir. Onun bağlanmasına xüsusilə stansiyaya daha yaxın olan Türkiyə cəhd göstərir. Digər tərəfdən, bildirilir ki, atom stansiyasındakı kimyəvi tullantılar işğal olunmuş Qarabağ rayonlarında torpağa basdırılır.



«Bakı - Xəbər» qəzetindəki «Səməd Seyidovun namizədliyinin Rəsul Quliyevin dairəsindən irəli sürülməsi Ramiz Mehdiyevin ideyasıdır» başlıqlı məqalədə Nicat Dağlar yazır ki, YAP-ın açıqladığı namizədlər siyahısı prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev tərəfindən hazırlanıb. Məqalədə bildirilir ki, hətta siyahıda İlham Əliyevin arzulamadığı bir neçə nəfərin də adı var. Səməd Seyidovun namizədliyinin 36 saylı Xətai-4-cü seçki dairəsindən verilməsini Prezident Aparatındakı etibarlı mənbə belə izah edir: «Ramiz Mehdiyev əlinə fürsət düşmüşkən Səməd Seyidova ağır zərbə vurdu». Cənab Seyidov nisbətən islahatçı qüvvələrin təmsilçisi olduğu üçün Ramiz Mehdiyev onu Rəsul Quliyevə qarşı qoymaqla deputat seçilmək şansını aşağı salıb.



«Azadlıq» qəzetindəki «YAP-da dava düşdü» başlıqlı məqalədə Fikrət Hüseynli yazır ki, hakim partiyada deputatlıq uğrunda əsl müharibə başlayıb. Müəllif etibarlı mənbəyə istinad edib yazır ki, partiyanın irəli sürdüyü siyahı bir neçə baxımdan anlaşılmazlıq yaradıb. Birincisi, oliqarxlar bu siyahını lazımsız sənəd sayaraq artıq öz namizədliklərini irəli sürüblər. İkincisi, köhnə partiya funksionerləri siyahı ilə razı deyillər və onların əksəriyyəti təsadüfü adamların adlarının çıxarılmasını tələb edirlər. Nəhayət üçüncüsü, siyahıya adı düşməyən yeni YAP-çılar ötən parlamentlərdə təmsil olunan bir neçə rüsvayçı partiyadaşlarının yüksək rüşvət müqabilində dəstək alaraq siyahıya düşdüklərini iddia edirlər.
XS
SM
MD
LG