Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:32

YAP-ın namizədlər siyahısı: gözlənilənlər və sürprizlər


Səs: Real audio
Asim Mollazadə: «Hazırda bu işlə Avropa Şurasının Aparatı məşgul olur» Yeni Azərbaycan partiyasının bu günlər açıqladığı 109 nəfərlik siyahıda bir xeyli yeni simalara rast gəlmək mümkündür və müşahidəçilərə görə, bu, siyahıda əsas diqqəti cəlb edən məqamlardandır. Siyahının təqribən 1/3-i nəinki bundan əvvəlki parlamentə olmayıb, hətta birinci dəfədir ki, seçkilərdə iştirak edir.



Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyir ki, onlar daimi eyni kadrlarla işləmək fikrində deyillər. YAP yeniləşən partiyadır və cəmiyyətə yeni-yeni kadrlar təqdim etməkdə maraqlıdır.



«Xalq qəzeti»nin keçmiş redaktoru Mahal İsmayıloğlu isə deyir ki, YAP-ın siyahısında dövlət başçısı və onun xanımının dəsti-xətti hiss olunur. Yeni simalar da məhz onların təşübbüsü ilə siyahıya daxil ediliblər.



Mahal İsmayıloğlunun sözlərinə görə, bu siyahı Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin mövqeyinin zəif olduğunu göstərir. «Xalq qəzeti»nin keçmiş redaktoru hesab edir ki, cəmiyyət bəzən yeri gəldi-gəlmədi Ramiz Mehdiyevin imkanlarını şişirdir. Bu siyahı halbuki, onun iradəsinin mütləq göstəricisi deyil.



Hakim YAP-da isə siyahıya kollektiv düşüncənin nəticəsi kimi baxırlar. Hər halda Aydın Mirzəzadə deyir ki, siyahını partiyanın idarə heyəti təsdiq edib. Ancaq o, da bildirir ki, dövlət başçısı həm də Yeni Azərbaycan partiyasının sədri olduğundan, əsasən onun tövsiyələri nəzərə alınıb.



Müşahidəçilərə görə, siyahıda "zəif bənd" funksiyasını oynayan şəxslər də yer alıb. Mahal İsmayıloğlu deyir ki, məhz parlamentə düşməyəcəkləri əvvəlcədən məlum olduğuna görə onlar bu siyahıya daxil ediliblər. Mahal İsmayıloğlunun fikrincə, həmin 20-30 yerə ya müxalifətçilərin, ya da hakimiyyətin bu ad altında cəmiyyətə təqdim etmək istədiyi şəxslərin seçilməsi gözlənilir:



"Bu, hakimiyyətə müxalifətlə kompromis tapmağa və beynəlxalq təşkilatlar qarşısında seçkinin demokratik keçirildiyini söyləməyə imkan verməlidir".



Hazırkı millət vəkillərindən bir çoxlarının bu siyahıya düşməməsi də cəmiyyətdə birmənalı yozulmur. Mahal İsmayıloğlu deyir ki, həmin şəxslər YAP rəhbərliyindən ötrü öz rollarını başa vurublar.



Ancaq Aydın Mirzəzadə bu fikirlə də razılaşmır. Onun sözlərinə görə, hakim partiya həmin adamların imkanlarından bundan sonra tamam başqa sahələrdə istifadə etmək niyyətindədir. Hər halda, belə adamlardan kimsə hələ ki, etiraz kampaniyasına başlamayıb.



Lakin onlardan biri, parlamentin sosial iqtisadiyyat komissiyasının sədri Səttar Səfərov narazılığını açıq dilə gətirir:



"Bu siyahıda elə şəxslərin adları var ki, prezidentin göndərdiyi qanun layihələri ilə bağlı mən az qala onlarla davaya çıxmışam. İndi mən yaddan çıxmışam, onlar yada düşüb. Açığı, mən gözləyirdim ki, hərəyə öz qabiliyyəti və öz xidmətlərinə görə qiymət veriləcək".



Səttar Səfərov deyir ki, namizədliyini YAP müdafiə etməsə də, deputat mandatı uğrunda axıra qədər mübarizə aparmaq niyyətindədir.



Ancaq elə dairələr də var ki, orada 2 yox, 3, bəzən də daha çox şəxs Yeni Azərbaycan partiyasının üzvü kimi çıxış edir. YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyir ki, buna bir növ ilkin seçki kimi baxmaq lazımdır.



Onun sözlərinə görə, bütün hallarda YAP siyahıda olan şəxsləri müdafiə edəcək. Üstəlik, onların namizədləri seçkidə qələbə çalmağa daha şanslıdırlar.



«Azadlıq» blokunda isə bunun təmamilə əksini iddia edirlər. Sözü gedən blokun bugünki toplantısında bildirilib ki, əgər seçkilər demokratik keçirilərsə, Yeni Azərbaycan partiyasının məğlub olacağı şəksizdir.



«Azadlıq» blokuna daxilil olan

Günün bütün mövzuları

XS
SM
MD
LG