Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:46

Köçəri quşlar özü ilə qrip gətirə bilər


Səs: Real audio
Siyasi məhbuslar üzrə işçi qrupun növbəti toplantısı bir aydan sonra keçiriləcək "Quş qripi"ni doğuran H5N1 pandemik – bütün dünyanı bürümək imkanına malik patogen virus sayılır. Amma xəstəliyin yayıcısı olan quşların özü bu xəstəliyi tutmur.



V. Axundov adına Elmi-Tədqiqat Tibbi-Profilaktika İnstitutunun qrip və digər kəskin respirator xəstəlikləri laboratoriyasının rəhbəri Sədrəddin Qurbanovun sözlərinə görə, "quş qripi"ni bu payız Azərbaycanda da gözləmək olar. Çünki, daşıyıcılar sayılan uçarı quşlar üçün Azərbaycan hər il qışladıqları yerdir və onların qabağını almaq mümkün deyil. Amma xəstəliyin insana keçməsi üçün vəhşi quşların ev quşları ilə əlaqədə olması lazımdır.



"Quş qripi"nin əsasən Rusiya ərazisindən gəlməsi gözlənilir. Rusiyanın baş sanitar həkimi Genadi Onişenko bu payız köçəri quşların İran, İraq, Azərbaycan, Ukrayna və Gürcüstana uçması ilə əlaqədar təhlükənin artacağını deyir.



"Quş qripi"nin yayıldığı Rusiyanın Novosibirsk, Altay, Omsk, Kurqansk, Tümen və Çelyabinsk bölgələrindən isə quşlar artıq avqustun sonlarından Azərbaycana gəlməyə başlayacaq. Bunu deyən Zoologiya İnstitutunun köçəri quşlar üzrə mütəxəssisi İlyas Babayev qışlaq üçün əsas bölgələrin də adını çəkir – Dəvəçi-Siyəzən, Abşeron, Giləzi qəsəbəsi, Neftçala, Ağgöl və Hirkan qoruğu. Onun sözlərinə görə, bu il Azərbaycana qışlaq üçün 1.5 milyondan çox quşun gələcəyi gözlənilir.



Köçəri quşların ovlanması isə hələlik qadağan olunmayıb. Ovçular İttigaqının sədri Ramazan İsmayılovdan aldığımız məlumata görə, hər bir ovçu 25 min manat verməklə mövsümün şənbə-bazar günləri 2 qaz, 5 ördək, ya da 10 qaşqaldaq vura biləcək. Mövsüm isə oktyabrın 13-ü başlayacaq.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi də qadağa tətbiq etmək haqda qərar verməyib. Sadəcə, ovçuların xəstəlik haqqında məlumatlandırıldığını dedilər.



Mərkəzi Baytarlıq İdarəsinin rəis müavini Emin Şahbazov isə avqustun 17-dən Rusiyadan bütün növ quş ətinin gətirilməsini qadağan etdiklərini deyir. Onun sözlərinə görə, "quş qripi"nin payızda yayılma ehtimalı ilə bağlı bir neçə dövlət qurumunun iştirakı ilə toplantı keçirilib. Cənab Şahbazov bu yaxınlarda baş nazirə müraciət göndərəcəklərini deyir.



Amerıkanın məşhur "Science" məcmuəsi isə yazır ki, əgər "quş qripi" bütün dünyanı bürüsə, müalicə üçün dərman çatışmayacaq. Çünki, "quş qripi"nin mülicəsinə adi qripdən 12 dəfə güclü dozada dərman lazımdır.



Qrip üzrə mütəxəssis Sədrəddin Qurbanov isə deyir ki, "quş qripi" adi qripdən elə də çox fərqlənmir. Sadəcə, pnevmoniya hallarına "quş qripi"ndə daha çox rast gəlinir.
XS
SM
MD
LG