Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:22

Yaxın müddətdə amnistiya gözlənilmir


Səs: Real audio
Siyasi məhbuslar üzrə işçi qrupun növbəti toplantısı bir aydan sonra keçiriləcək Yaxın bir neçə ayda amnistiya gözlənilmir. Siyasi məhbuslar üzrə işçi qrupun avqustun 16-da keçirilən iclasında bu məsələnin texniki baxımdan mümkün olmaması qənaətinə gəlinib. Toplantıda iştirak etmiş hüquq müdafiəçisi Çingiz Qənizadənin verdiyi məlumata görə, iclasda siyasi məhbus siyahılarında dəqiqləşdirmələr aparılıb.



Cənab Qənizadə deyir ki, işçi qrup yaranandan sonra onlara müraciət edənlərin sayı çoxalıb.



Görüşdə iştirak etmiş digər hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirir ki, qarşıdan parlament seçkisi gəldiyi üçün amnistiya bu ilin sonu, yaxud gələn ilin əvvəlində verilə bilər. Hüquq müdafiəçisi ümid edir ki, Avropa Şurası Parlament Assambleyasının sentyabrda keçiriləcək payız sessiyasınadək siyasi məhbus məsələsi öz həllini tapacaq.



Siyasi məhbuslar üzrə işçi qrupun növbəti toplantısı bir aydan sonra keçiriləcək.



Hökumət nümayəndələri və hüquq müdafiəçilərindən ibarət olan bu qurum siyasi məhbus probleminin ölkə daxilində, beynəlxalq təşkilatların müzakirəsinə çıxarılmadan həlli məqsədilə yaradılıb.
XS
SM
MD
LG