Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:41

"Dünyanın ən qabaqcıl kompüter alimi" kim olacaq?


Səs: Real audio
Sərdar Cəlaloğlu: «Cinayətkarı müxalifətdə yox, hakimiyyətdə axtarmaq lazımdır» Polşada keçiriləcək İnformatika üzrə Beynəlxalq Olimpiadada azərbaycanlı gənclər də iştirak edəcək. Dünyanın 80-dən çox ölkəsinin qatıldığı bu olimpiadaya avqustun 18-də start veriləcək.



Azərbaycanı 4 nəfər məktəbli və bir nəfər tələbə təmsil edəcək. Olimpiadada komandalar proqramlaşdırma, alqoritm və dataların strukturlarının qurulması, problemlərin analizi, informasiya texnologiyaları üzrə öz biliklərini nümayiş etdirəcəklər. Qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən avqustun 25-də elan olunacaq.



Münsiflər heyətinin sədr müavini Azərbaycandan Ramin Mahmudzadədir. Olimpiadanın qalibinə "Dünyanın ən qabaqcıl kompüter alimi" titulu veriləcək.



Azərbaycan komandası bu olimpiadaya İnformatika üzrə Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində təlim keçməklə hazırlaşıblar. Həmin mərkəzin layihələr üzrə meneceri Anar Mahmudov deyir ki, yerli komandanın hazırlaşmasına lazımi yardım göstərilmədiyindən onların qalib gəlmə şansı azdır:



"Qızıl medalı yəqin ki, Koreya, Yaponiya, Rusiya və ya Amerika gəncləri alacaqlar. Çünki, onlar buna professional yanaşırlar. Hökumət də onların hazırlaşması üçün pul ayırır. Amma bizdə belə deyil. Bizim gənclərin hazırlaşması üçün biz QHT olaraq Təhsil Nazirliyi ilə birgə cüzi vəsait ayırmışıq".



2001-ci ildən etibarən hər il keçirilən İnformatika üzrə Beynəlxalq Olimpiadada azərbaycanlı gənclər 2003-cü ildə gümüş, ötən il isə bürünc medal alıblar.
XS
SM
MD
LG