Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:23

AXCP qərargahı qarşısında aksiyalar bərpa edildi


Səs: Real audio
Sərdar Cəlaloğlu: «Cinayətkarı müxalifətdə yox, hakimiyyətdə axtarmaq lazımdır» Avqustun 16-da Sumqayıt və Göyçaydan gəldiyini deyən bir qrup şəxs AXCP-nin mənzil-qərargahı yaxınlığında etiraz piketi keçirdi. Polis aksiyaçıların qərargaha yaxınlaşmasına imkan vermədi. Piketçilər bir saata yaxın AXCP-nin əleyhinə şüarlar səsləndirdilər.



Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov aksiyanın dinc şəraitdə keçdiyini bildirir.



AXCP-nin mərkəzi və rayon qərargahları qarşısında aksiyalar avqustun 6-dan keçirilir. Piketçilər AXCP sədri Əli Kərimli və «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlini ititham edən şüarlar səsləndirirlər.



Ruslan Bəşirli Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə dövlətin konstitusion quruluşunu dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur. Baş Prokurorluq onun Tbilisidə erməni olduğu bildirilən şəxslərlə görüşməsi və onlardan pul almasını iddia edən video-kaset yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG