Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:36

YAP namizədlərinin siyahısını açıqladı


Səs: Real audio
Sərdar Cəlaloğlu: «Cinayətkarı müxalifətdə yox, hakimiyyətdə axtarmaq lazımdır» Hakim Yeni Azərbaycan partiyasından (YAP) parlament seçkilərinə qatılacaq namizədlərin siyahısı təsdiqlənib. 109 nəfərlik siyahıya bir neçə nəfər istisna olmaqla YAP-ı ötən parlamentdə təmsil edənlərin əksəriyyətinin adı salınıb.



İstisnalar sırasında Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Siruz Təbrizli, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının rəhbəri Səttar Səfərov, "Yeni Azərbaycan" qəzetinin redaktoru Alqış Həsənoğlunun adı da var. Bu şəxslər YAP-ın siyahısında yoxdur.



Yeni namizədlər arasında tanınanlardan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bədən Tərbiyyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev, prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva da var.



Siyahı yeni və yaş baxımından daha gənc adlarla zəngindir. Onlar arasında əksəriyyəti xanımlar təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG