Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:22
Rubrikalar

«Azərreyl»in Çempionlar Liqasında rəqibləri məlum oldu


Səs: Real audio
Sərdar Cəlaloğlu: «Cinayətkarı müxalifətdə yox, hakimiyyətdə axtarmaq lazımdır» - Avstriyanın paytaxtı Vyanada voleybol üzrə Çempionlar Liqasında yarışacaq komandalar arasında püşkatma keçirilib. Azərbaycanı yarışda təmsil edəcək «Azərreyl»in rəqibiləri də müəyyən olunub. Voleybol Federasiyasının əməkdaşı Zöhrab Gözəlbəylinin verdiyi məlumata görə, «Azərreyl» bu dəfə də güclü rəqiblərə qarşı oynayacaq.



«Bu komandalar İtaliyanın «Peruci», İspaniyanın «Tenerife», Türkiyənin «Vakıfbank», Polşanın «Kaliş» və Xorvatiyanın «Mladost» komandalarıdır. Rəqiblərin gücü bəllidir. Bu il Çempionlar Liqası çox güclü keçəcək. Ancaq «Azerreyl» də yüksək yerlər uğrunda mübarizə aparacaq».



Yarışlar oktyabrda başlayıb gələn ilin fevralına qədər davam edəcək. Final qarşılaşmaları isə mart ayında keçiriləcək.



- Azərbaycanı həndbol üzrə Kuboklar Kuboku yarışlarında təmsil edəcək kişilərdən ibarət «Dinamo» komandası təlim-məşq toplantısına başlayıb. Həndbol Federasiyasından verilən məlumata görə, komanda hazırlığını Qubada Olimpiya İdman Kompleksində keçir. «Dinamo»nun ilk rəqibi Estoniyanın «Kexra» komandası olacaq. Oyun sentyabrın 3-də olacaq.



- Futbol üzrə 19 yaşlılardan ibarət yığma komanda da oktyabrda Lüksemburqda keçiriləcək Avropa çempionatının qrup seçmə mərhələsinə hazırlaşır. Hazırlıq çərçivəsində onlar avqustun 25-də Bakıda iranlı həmyaşıdlarına qarşı oynayacaqlar.



Qitə çempionatının qrup seçmə mərhələsində Azərbaycan millisinin rəqibləri Lüksemburq, Rusiya və Portuqaliya yığmaları olacaq.
XS
SM
MD
LG