Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:23

Con Elvisin qətli təkrar araşdırılacaq


Səs: Real audio
Sərdar Cəlaloğlu: «Cinayətkarı müxalifətdə yox, hakimiyyətdə axtarmaq lazımdır» ABŞ vətəndaşı, 2000-ci ildə Bakıda qətlə yetirilmiş Con Elvisin işi üzrə yeni istintaq-əməliyyat qrupu yaradılıb. Bunu Baş prokuror Zakir Qaralov deyir. Onun sözlərinə görə, qətllə bağlı çoxsaylı sübutlar var: «Bunlar qan və barmaq izləri, digər sübutlardır».



Baş prokuror istintaqa ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşlarının cəlb edildiyini, onların vaxtaşırı Azərbaycana gəldiklərini də deyir: «Cinayəti törədənlərdən birinin xarici ölkə vətəndaşı olduğu güman edilir».



Con Elvis ABŞ Respublikaçılar İnstitutunun nümayəndəsi olub. O, 2000-ci ilin noyabrında yaşadığı mənzildə qətlə yetirilib.
XS
SM
MD
LG