Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:35

Zakir Qaralov: «Radikal müxalifət qeyri-qanuni yolla hakimiyyətə gəlməyi planlaşdırır»


Səs: Real audio
Sərdar Cəlaloğlu: «Cinayətkarı müxalifətdə yox, hakimiyyətdə axtarmaq lazımdır» Radikal müxalifət qeyri-qanuni yolla hakimiyyətə gəlməyi planlaşdırır. Baş prokuror Zakir Qaralov avqustun 15-də jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarında bunu təsdiqləyən sənədlər var.



Cənab Qaralov radikal müxalifətə xəbərdarlıq etdiyini, konstitusiyaya zidd istənilən hərəkətə adekvat cavab veriləcəyini bildirib.



ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu deyir ki, cinayətkarı müxalifətdə yox, hakimiyyətdə axtarmaq lazımdır.



O, demokratik qaydada seçkiyə qatılmaq və qalib gəlmək əzmində olduqlarını bildirir.



Bu yaxınlarda Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov da müxalifətin radikal qanadının silah əldə etməyə cəhd göstərdiyini demişdi.
XS
SM
MD
LG