Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:20

Məhbuslar üçün 10 min iş yeri...


Səs: Real audio
Eks-prezident Ayaz Mütəllibovun sənədlərinin isə bu həftənin sonunda 17 saylı Yasamal seçki dairəsinə təqdim olunması gözlənilir Ədliyyə Nazirliyi həbsxanalardakı istehsal sexlərini dirçəltmək istəyir



Həbsxanalarda işsizlik problemi. Bəlkə də bu ifadə ilk dəfə eşidənlər üçün bir az qəribə səslənir… Bu problem bəzilərinə çox xırda, cəmiyyət üçün ikinci dərəcəli də görünə bilər. Bəlkə də kimsə bu mövzudan danışanı məzəmmət edər – «Düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız. Azadlıqda olanlar iş tapıb qurtarmışdılar ki, indi də dustaqlara iş yeri axtarırlar?..» Amma həbsxanada olarkən məhbusların həyat tərziylə ilkin tanışlıqdan sonra məsələyə bu cür bəsit yanaşmanın yanlış olduğunu anlayırsan.



Bakıdakı 11 saylı cəzaçəkmə müəssisəsinin istehsal sexində çarpayı buraxılır. Həbsxanalar və xəstənaxalar üçün. Burdakı işçilər məhbuslardır. Sexin ərazisi böyük olsa da, cəmi bir dəzgah işləyir.



Həbsxananın rəis müavini Elçin Cəfərov deyir ki, vaxtilə həbsxanadakı istehsalat müəssisəsində 700 məhbus, yəni, cəza çəkənlərin təxminən 80 faizi işləyib. Amma indiki istehsal gücü əvvəlkinin heç onda biri də deyil. Onun sözlərinə görə, hazırda az da olsa buraxılan mallara müştəri tapmaq çətindir:



«İndiki dövrdə bazarda böyük rəqabət var. İstehsal etdiyimiz malların qiyməti ucuz, keyfiyyəti yüksək olsa da, müştəri tapmaqda çətinlik çəkirik».



Rəis müavini deyir ki, iş çox olmadığına görə məhbuslara maaş yox, əlavə olaraq yemək, siqaret və başqa gündəlik tələbat malları verilir. Onun bildirdiyinə görə, istehsal genişlənsə, məhbuslar yaxşı maaş ala, hətta ailələrinə pul da göndərə bilərlər.



Amma işçilərdən biri, məhbus Vahid Zahidovun sözlərinə görə, onu maraqlandıran təkcə məsələnin maddi tərəfi deyil:



«Əsas olan həm də odur ki, vaxtın səmərəli keçir. Bu, bekarçılıqdan min dəfə yaxşıdır. Dustağın ən böyük qazancı nə ola bilər – vaxtın necə keçdiyini bilməyəsən, darıxmayasan».



Həbsxananın rəis müavini Elçin Cəfərovun fikrincə, əməklə məşğul olmaq məhbusların islah olunmasına, azadlığa çıxandan sonra cinayət aləmindən uzaq yaşaya bilməsinə kömək edir:



«Bunun islah-tərbiyə işlərində böyük əhəmiyyəti var. Onlar işə alışırlar və yaxşı işləyən şəxs islah olunmuş məhkum sayılır».



Rəis müvini onu da deyir ki, bəzən həbsxanalarda baş verən daxili qarşıdurmaların və qiyamların da kökündə məhbusların səhərdən axşamacan bekar qalması, müxtəlif söz-söhbətlər dayanır.



Azərbaycanda təxminən 15 min məhbus var. Bu məlumatı Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanovdan almışıq. O deyir ki, təqaüd yaşlı, xəstə və əlil məhbuslar istisna edilsə, həbsxanalarda 10 minə yaxın əmək qabiliyyətli insan var və indi nazirlik həbsxanalarda mümkün qədər çox iş yerlərinin açılmasına çalışır.



Rafiq Ramazanov xatırladır ki, Sovet dövründə Azərbaycan həbsxanalarındakı müəssisələr həm daxili istehlak, həm də sifarişlə əksər müttəfiq respublikalar üçün mallar istehsal edirdi – üzümlüklər üçün dirəklər, su nasosları, bel, dırmıq, mebel, xalça, hətta kosmik raketlər üçün hissələr. Amma indi həmin iqtisadi əlaqələrin hamısı pozulub və müəssisələrin çoxu dayanıb.



Rafiq Ramazanov hesab edir ki, bugünkü bazar iqtisadiyyatı şəraitində özəl şirkətlərlə rəqabətə davam gətirmələri üçün həbsxanalardakı müəssisələrə dövlət güzəştlər etməlidir. Onun fikrincə, həbsxanalardakı istesal obyektləri gəlir vergisindən ya tamamilə azad edilməli, ya da onlar üçün bu verginin həcmi azaldılmalıdır. Bundan başqa, o hesab edir ki, məhbəslərdə

Günün bütün mövzuları

XS
SM
MD
LG