Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:28

Rəsul Quliyevə imza vərəqələri verilib<p align=`left`><br><br>


Səs: Real audio
Eks-prezident Ayaz Mütəllibovun sənədlərinin isə bu həftənin sonunda 17 saylı Yasamal seçki dairəsinə təqdim olunması gözlənilir ADP sədri Rəsul Quliyevin səlahiyyətli nümayəndəsi Faiq Rzayevin sözlərinə görə, avqustun 15-də 36 saylı Xətai seçki dairəsindən eks-spikerə imza vərəqələri verilib.



Cənab Rzayev deyir ki, adıçəkilən dairədə eks-spikerin sənədləri araşdırılaraq onun seçkiyə qatılmasında heç bir problem olmadığı bildirilib.



Eks-prezident Ayaz Mütəllibovun isə sənədlərinin bu həftənin sonunda namizədliyini irəli sürdüyü 17 saylı Yasamal seçki dairəsinə təqdim olunması gözlənilir. Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizədənin sözlərinə görə, cənab Mütəllibovunu sənədləri onun şəxsiyyət vəsiqəsinin olmamasına görə yubanır.



Rəsul Quliyev dövlət əmlakını talamaqda, Ayaz Mütəllibov isə vəzifə səhlənkarlığı üzündən Xocalı faciəsinin qarşısını almamaqda ittiham olunur. Hər iki şəxs haqqında cinayət işi açılıb. Ölkə rəsmiləri dəfələrlə onların Azərbaycana gələcəyi təqdirdə həbs olunacaqlarını bildiriblər.



Elə avqustun 15-də Baş prokuror Zakir Qaralov bir daha bəyan edib ki, eks-prezident və eks-spikerin seçkidə iştirakına problem yoxdur. Amma barələrində həbs qərarı olduğu üçün Azərbaycana qayıtsalar, tutulacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG