Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:53

Müxalifətin Kürdəmirdə mitinqinin qarşısı alınıb


Səs: Real audio
MSK sədrinin müavini Svetlana Qasımova: «Bu dairə Xankəndində doğulmuş və hazırda orda yaşayan seçicilərin tələbi liə yaradılıb» Avqustun 14-də «Azadlıq» seçki blokuna daxil olan partiyaların Kürdəmir təşkilatları rayonda mitinq keçirməyə cəhd göstərib. Aksiya icazəsiz olduğundan polis mitinqin qarşısını alıb.



Müsavat partiyası Kürdəmir təşkilatının sədri Vaha Mikayılov deyir ki, polis onunla bərabər AXCP və ADP-nin yerli liderlərini, eləcə də Bakıdan gələn nümayəndələri saxlayaraq şöbəyə aparıb. Onları 3 saatdan sonra buraxıblar.



Vaha Mikayılov bildirir ki, icra hakimiyyətinə məktubla müraciətlərində üç ünvan göstərmələrinə baxmayaraq onlara Kürdəmir rayon stadionunu təklif ediblər. Onlar isə bu təkliflə razılaşmayıblar.



Qarşı tərəfin fikrini öyrənmək üçün Kürdəmir rayon İcra Hakimiyyəti və polis idarəsi ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticə vermədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG