Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:33

«Azərbaycan milli təhlükəsizlik prioritetlərini seçməkdə çətinlik çəkir»


Səs: Real audio
MSK sədrinin müavini Svetlana Qasımova: «Bu dairə Xankəndində doğulmuş və hazırda orda yaşayan seçicilərin tələbi liə yaradılıb» «Yeni Azərbaycan» qəzetindəki «Corc Buşu ABŞ-dakı erməni icması öldürtmək istəyib» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, bunu Gürcüstan mediası yazır. Məqalədə bildirilir ki, Amerika prezidentinin anti İran siyasəti ABŞ-dakı erməni milyonçularını narahat edir. Çünki iqtisadi cəhətdən zəif olan Ermənistanın əsas gəlir mənbəyi İran hesab olunur. Rusiya politoloqları da bu hadisənin arxasında rəsmi Yerevanın dayandığını dilə gətirirlər.



«Bakı - Xəbər» qəzetindəki «Rəhbərlik etdiyi nazirlikdə cinayətkarlar yetişdirən Ramil Usubovun Rəsul Quliyev barəsində danışmağa haqqı çatırmı?» başlıqlı məqalədə Vüsal Şuşalı yazır ki, Daxili İşlər naziri iki gün öncə Bərdədə jurnalistlərə belə bir açıqlama verdi ki, eks-spiker Rəsul Quliyev və eks-prezident Ayaz Mütəllibov Azərbaycana gəlsələr dərhal həbs olunacaqlar. Müəllif yazır ki, cənab Usubovun və eləcə də hüquq - mühafizə orqanlarının digər rəhbərlərinin Rəsul Quliyev haqqında dedikləri artıq ölkə əhalisi tərəfindən də qeyri-ciddi qarşılanır. Məqalədə bildirilir ki, nazirin məhz siyasi etirazlarından doğan açıqlamalarına əhəmiyyət verən yoxdur. Yaxşısı budur ki, o tabeliyində olanların törətdikləri ağır cinayətlərdən danışsın.



«Ayna» qəzetindəki «Azərbaycan milli təhlükəsizlik prioritetlərini seçməkdə çətinlik çəkir» sərlövhəli məqalədə Cəsur Sümərinli yazır ki, diplomatik və hərbi qaynaqlardan daxil olan məlumatlara görə, hazırda ölkənin milli təhlükəsizlik konsepsiyasının bir sıra prinsipial məqamları üzrə fikir müxtəlifliyi ortaya çıxıb. Mənbənin məlumatına görə, rəsmi Bakı Avroatlantik məkana inteqrasiya çərçivəsində bir sıra ölkələrlə, xüsusilə Rusiya və İranla münasibətlərin hansı formada qurulacağını hələlik qətiləşdirə bilmir. Müəllif yazır ki, hakimiyyətin ölkədə Amerika hərbi bazalarının yerləşdirilməsinə razılıq verəcəyi təqdirdə yuxarıda adıçəkilən ölkələrdən ola biləcək narazılıqların hansı yolla zərərsizləşdiriləcəyini müəyyənləşdirmək müşkülə dönüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG