Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:21

Ruslan Bəşirli əhvalatı vətəndaş qarşıdurması yarada bilərmi?


Səs: Real audio
MSK sədrinin müavini Svetlana Qasımova: «Bu dairə Xankəndində doğulmuş və hazırda orda yaşayan seçicilərin tələbi liə yaradılıb» "İttihamlar mediada yox, məhkəmədə qaldırılmalıdır. " Bunu Ruslan Bəşirli qalmaqalını kənardan müşahidə edən Amerika səfirliyi deyir.



Azərbaycan hakimiyyəti də Prezident Aparatının şöbə müdiri Əli Həsənovun simasında cavab verir ki, düzdür, biz bu prinsiplə razıyıq. Bəs onda niyə edirlər? Özü də ittihamları təkcə telekanallarda yox, kütləvi şəkildə küçədə də qaldırırlar.



Konstitusiyaya görə, hər bir vətəndaş öz fikrini azad şəkildə bildirə bilər, o cümlədən AXCP qarşısında. Ancaq dinc və azad şəkildə. AXCP yanında etiraz aksiyalarında isə yumurta və daş atıblar, yüngül zədə alan da olub. Digər tərəfdən, aksiyalara Ruslan Bəşirliyə və AXCP-yə hiddətlənib gələnlər də olub, zorla gətirilənlər də.



Polis vəziyyətin nəzarətdən çıxmasına qətiyyən imkan vermir. Bununla belə, niyə gərginlik yaradılır, adamlar bir-birinə qarşı qoyulur? Və ya niyə bunun qabağı alınmır?



Ruslan Bəşirli əhvalatı özündən qat-qay böyük problem, vətəndaş qarşıdurması yarada və sabitliyi poza bilərmi?



Söhbətimizin qonaqları:



- Millət vəkili, Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Səyyad Aran;



- Xalq Cəbhəsi partiyasının birinci müavini Fuad Mustafayev



Səyyad Aran: Gərginliyi hansı siyasi partiyanın nümayəndəsi yaratdı? Gərginliyi yaradan Xalq Cəbhəsi partiyasının nəzarəti altında olan "Yeni Fikir" Gənclər Təşkilatının sədridir. Məgər, Ruslan Bəşirlini biz öyrətmişik ki, get, milli mənafelərimizi düşmənə sat? Get, öz dostların haqqında ağzına gələnləri söylə? Biz öyrətmişik onu?



Azərbaycanda seçkilər demokratik keçiriləcək, buna şübhə ola bilməz... Müxalifətin, xüsusən, Xalq Cəbhəsi partiyasınn əndişəsi bundan ibarətdir ki, Ruslan Bəşirli onları çıxılmaz bir vəziyyətə salıb. Xalq bu partiyaya, milli manefələri satan, dövlət maraqlarına arxadan zərbə vuran bir təşkilat kimi baxmağa başlayır. Onları narahat edən budur...



Fuad Mustafayev: Ruslan Bəşirlinin Ermənistanın hər hansı bir xüsusi xidmət orqanıyla əməkdaşlıq etməsiylə bağlı heç bir fakt yoxdur... Bu məsələ şəffaf məhkəmədə araşdırılanda bunların hamısı çox aydın surətdə sübut olunacaq...



O ki qaldı demokratik seçkilərə, Azərbaycan hakimiyyətinin demokratik seçki keçirmək niyyəti yoxdur... Özünə arxayın olan siyasi qüvvə seçkidə vətəndaş qarşıdurması və iğtişaş törətmək istəməzdi. Azərbaycanda milli psixoz yaratmağa cəhd göstərməzdi. Öz opponetlərinə qarşı çox iyrənc, əxlaqsız "qara piar" kampaniyası aparmazdı. Bunun hamısını bu gün edən indiki hakimiyyət və bu hakimiyyətin yedəyində olan Yeni Azərbaycan partiyasıdır...



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG