Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:03

Elektron KİV qanun pozuntusunda günahlandırılır


Səs: Real audio
MSK sədrinin müavini Svetlana Qasımova: «Bu dairə Xankəndində doğulmuş və hazırda orda yaşayan seçicilərin tələbi liə yaradılıb» Sülh və Demokratiya İnstitutu nəzdində fəaliyyət göstərən Düşüncə Mərkəzi "Turan" informasiya agentliyi və Nəcəf Nəcəfov Fondu ilə birlikdə elektron KİV-in monitorinqini aparıb. Bu haqda təşkilatın təmsilçisi Leyla Yunus məlumat verib.



"Turan" agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, bunda məqsəd KİV-lərin seçki prosesindəki rolunu, təsirini və tərəfkeşliyini müəyyən etməkdir.



5 radio və 12 TV-nin monitorinqi göstərir ki, müxalifətə və əsasən də "Azadlıq" blokuna daxil partiyalara son iki ayda daha çox efir vaxtı ayrılıb. İctimai Liderlər Birliyi və "YeS" blokuna isə qismən az diqqət göstərilib. Onlar haqda efirə gedən materialların əksəriyyətində daha çox tənqidi məlumatlar yer alır. YAP və YAP-a yaxın partiyalara daha az vaxt ayrılmasına baxmayaraq, əsasən simpatiya hiss edilib və tənqid demək olar ki, yoxdur.



Monitorinq aparan təşkilat və mütəxəssislər bu qərara gəliblər ki, elektron KİV ictimai-siyasi hadisələri işıqlandırarkən "Teleradio Yayımı haqqında" qanunu pozur.

Günün bütün mövzuları

XS
SM
MD
LG