Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:59

«Azadlıq» bloku altı dairədə ilkin seçki keçirib


Səs: Real audio
MSK sədrinin müavini Svetlana Qasımova: «Bu dairə Xankəndində doğulmuş və hazırda orda yaşayan seçicilərin tələbi liə yaradılıb» Avqustun 12-də «Azadlıq» seçki bloku altı dairədə vahid namizədi müəyyənləşdirmək üçün ilkin seçki keçirib.



Blokun İlkin Seçki Komissiyasının üzvlərinin verdikləri açıqlamalara görə, səhər saat 10-dan axşam 19-dək çəkən səsvermədə əhali fəal iştirak edib. Səsverməni müxtəlif partiya və qeyri-hökumət təşkilatları da müşahidə ediblər.



Müsavat Partiyası Seçki Qərargahının üzvü Aydın Acalovun sözlərinə görə, ilkin seçkidə heç bir insident baş verməyib.



Səsvermənin nəticələri axşam saat 21-dən sonra məlum olacaq. Səs çoxluğu qazanan iddiaçılar blokun həmin dairələrdən deputatlığa namizədləri olacaqlar.



İlkin seçki ilk dəfə ötən əsrin 60-cı illərində ABŞ-da keçirilib. Keçmiş sosialist ölkələri arasında isə birinci dəfə bu təcrübə Bolqarıstandakı prezident seçkisi zamanı tətbiq olunub.
XS
SM
MD
LG