Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:34

"Uşaqlar üçün Dünya Hərəkatı"


Səs: Real audio
MSK sədrinin müavini Svetlana Qasımova: «Bu dairə Xankəndində doğulmuş və hazırda orda yaşayan seçicilərin tələbi liə yaradılıb» BMT-nin "Uşaqlar üçün Dünya Hərəkatı" proqramını irəli sürməsindən 10 il keçib.



Proqram dünya dövlətlərini uşaqları və gəncləri təhlükə altına alan sosial və iqtisadi problemlərə diqqət yetirməyə çağırır. Dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, uşaqlar üçün vacib olan üç əsas məsələ var. Bu, təhsil, təhlükəsizlik və valideynlərin sevgisidir.



"Futbola gedirəm. Futbol oynamaq çox xoşuma gəlir. Mən böyüyəndə məşhur futbolçu olmaq istəyirəm".



Bu, Bakıda anası və bacısı ilə birgə yaşayan 9 yaşlı Kamrandır. O, artıq 3-cü sinfi bitirib, dərslərindən əla qiymətlər aldığını deyir. Məşhur futbolçu olmaq Kamranın yeganə arzusu deyil. O, həm də atasının onlarla birgə yaşamağını istəyir: "Mən atam üçün çox darıxıram. O, bizə mesaj yazır, onunla telefonla danışırıq. İstəyirəm ki, atam gəlib bizlə yaşasın".



Kamranın atası 5 ay bundan öncə işləmək üçün Rusiyaya gedib. Svetlana xanım iki övladını ərinin Rusiyadan göndərdiyi pulla dolandırır. Amma belə həyat da onu qane edir. Övladlarının tələblərini ödəyə bildiyinə görə özünü xoşbəxt hesab edir: "Çox razıyam həyatımdan. Mən xoşbəxtəm. Ürəkləri istəyəni hələ ki, verə bilirəm övladlarıma. Bəlkə, hələ balacadırlar ona görə. Amma tələblərini ödəyə bilirəm".



Svetlana xanım da oğlunu gələcəkdə məşhur futbolçu kimi görmək istəyir və bütün çətinliklərə baxmayaraq, bunun üçün əlindən gələni edəcəyini deyir.
XS
SM
MD
LG