Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:56

Xankəndi dairəsi üzrə seçkilər bərpa edildi


Səs: Real audio
MSK sədrinin müavini Svetlana Qasımova: «Bu dairə Xankəndində doğulmuş və hazırda orda yaşayan seçicilərin tələbi liə yaradılıb» Bu haqda avqustun 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) toplantısında qərar qəbul edildi. Müvafiq olaraq Xankəndi Dairə Seçki Komissiyasının üzvləri təyin olundu.



MSK dairənin azərbaycanlı və erməni seçicilərinə müraciət ünvanlayaraq parlament seçkisində aktiv iştirak etmələrini xahiş edir: «İşğal altında olan torpaqlarda yaşayan Azərbaycan vətəndaşlarını öz konstitusion hüquqlarını təmin etmək üçün separatçı rejimin aradan qaldırılmasına yardım etməyə çağırırıq».



MSK sədrinin müavini Svetlana Qasımova bildirir ki, bu dairə Xankəndində doğulmuş və hazırda orda yaşayan seçicilərin tələbi liə yaradılıb.



MSK sədri Məzahir Pənahov isə qurumun üzvlərinə həmin dairə ərazisində yaşayan Azərbaycan vətəndaşlarının səsvermədə iştirakının təmin edilməsi üçün təkliflər verməsini xahiş etdi. O, bu dairədə səsvermənin baş tutması üçün istisna hallara da hazır olduqlarını dedi.



MSK katibi Vidadi Mahmudlu isə deyir ki, bu dairədə yaşayan erməni əsilli vətəndaşların seçkidə iştirakını təmin etmək üçün xarici ölkələrdə məntəqələr yaradılmalıdır.



İndiyə qədər Xankəndi dairəsi üzrə seçki keçirilmirdi.
XS
SM
MD
LG