Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:27
Rubrikalar

Futbol üzrə milli çempionat start götürdü


Səs: Real audio
Nazir adam oğurluğu ilə bağlı 70 nəfərin həbs olunduğun deyir - Avqustun 12-də futbol üzrə 14-cü milli çempionat start götürdü. İlk qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı” və Yevlaxın “Karvan” komandaları arasında oldu. Oyun 1:0 bakılıların qələbəsi ilə başa çatdı.



Lənkəranın "Xəzər" klubu isə səfərdə "Olimpik-Bakı"nı məğlub etdi: 0:2



Avqustun 13-də görüşəcək cütlüklərsə belədir: "Gənclər Birliyi" – "Göyəzən", "Neftçi" – "Şahdağ-Samur".



14-cü milli çempionatın birinci dövrəsi dekabrın 18-də sona çatacaq. Birinciliyin gələn ilin mayında başa çatması nəzərdə tutulub.



- Avqustun 12-də Bakının "Hyatt Regency" otelində “Nə, Harada, Nə Vaxt” İntellektual Oyununun yarışları başlanıb. Yarış 16 ölkənin 120-yə yaxın intellektual bilicisinin iştirakı ilə keçirilən Millətlərarası kubokun ilk beynəlxalq turniridir.



Azərbaycanı Balaş Qasımovun rəhbərlik etdiyi yığma təmsil edir. Yarışlarda fasilələr zamanı tamaşaçılarla da müxtəlif oyunların keçirilməsi nəzərdə tutulub. Oyun üç gün davam edəcək.



- Azərbaycanın 40-a yaxın yeniyetmə idmançısı altı idman növü üzrə Türkiyənin İzmir şəhərində keçirilən universiadada iştirak edir. Bu gündən etibarən Azərbaycandan olan boksçu və güləşçilər yarışlara qatılıblar.



Yarışlar bir neçə gün davam edəcək.



- Avqustun 18-də Tacikistan, Malayziya, Azərbaycan və Dağıstanın qadınlardan ibarət alpinistləri Qusardakı Şahdağ dağına yürüş edəcəklər. Bu il İslam ölkələrində qadınların ili kimi qeyd olunur və müsəlman ölkələrindən olan alpinist qadınların bu yürüşü ilk belə tədbirdir.
XS
SM
MD
LG