Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:42
Rubrikalar

Seçki texnologiyalarının effektivliyi hansı amillərlə ölçülür?


Səs: Real audio
Nazir adam oğurluğu ilə bağlı 70 nəfərin həbs olunduğun deyir Qonaqlar:



- Yeni Azərbaycan partiyasından millət vəkili Gülər Əhmədova;



- Müsavat partiyasının Divan üzvü, politoloq Rasim Musabəyov;



- Fəlsəfə elmləri doktoru, professor, Siyasi Hüquq və Tədqiqatlar İnstitutunun şöbə müdiri, bitərəf ekspert Əli Abbasov



Rahib Azəri: Seçkilər dövründə tətbiq edilən texnologiyaların effektivliyi hansı amillərlə ölçülür?



Gülər Əhmədova: Amillərdən ən böyüyü uğur amilidir. Yəni, texnologiya nə dərəcədə uğurlu alındı, seçki nə dərəcədə uğurla nəticələndi. Mənim meyarlarıma görə, ikinci əsas amil də əxlaqi dəyərlərə uyğunluq dərəcəsidir. Mənim üçün bu iki şey çox mühümdür.



Əli Abbasov: Birinci bu, seçkilərin növündən asılıdır. Texnologiya ilə bağlı Qərbdə böyük bir elm məktəbi var. Artıq Rusiyada, başqa MDB ölkələrində də belə məktəb var. Azərbaycanda isə hələlik sırf siyasi texnologiya yoxdur. Siyasi texnologiya və piar eyni şey deyil. Siyasi texnologiyalar siyasi metodlarla bağlıdır. Oraya elm adamlarını, analitikləri, siyasi politoloqları cəlb edirlər.



Rasim Musabəyov: Mən Gülər xanımın verdiyi şərhlə razıyam. Nəticə bu texnologiyaların uğurlu və ya uğursuz olduğunun sübutudur. Ancaq o halda ki, seçkidə saxtakarlıq olmasın. Belə halda siyasi texnologiyaları uğurlu və ya uğursuz hesab etmək olar. Mən tamamilə razıyam ki, müəyyən mənəviyyat çərçivələri var, onları keçmək olmaz. Əli müəllimin dediyi ilə də razıyam ki, seçki texnologiyası ilə təbliğat kampaniyası eyni şey deyil. Təbliğat kampaniyası seçki texnologiyasının bir hissəsidir.



Rahib Azəri: Xarici ölkələri təmsil edən və sifarişlə siyasi texnologiyalar hazırlayıb işləyən qruplar nə dərəcədə perspektivli hesab edilə bilər? Bunun müsbət və mənfi cəhətləri nədən ibarət ola bilər?



Gülər Əhmədova: Mənə belə gəlir ki, orda mütləq seçmə üsulundan istifadə etmək lazımdır. Çünki, məsələn, Ukraynada keçirilən son prezident seçkilərində əsasən rusiyalı texnoloqlardan istifadə etdilər və nəticə heç də həmin texnoloqlardan istifadə edən şəxsin [Viktor Yanukoviç] xeyrinə olmadı... Sovet İttifaqı dağıldıqdan sonra hər ölkənin özünəməxsus xüsusiyyətləri özünəməxsus şəkildə inkişaf edib... Məncə, Azərbaycanda bəli, bir neçə ümumi qəbul olunmuş texnologiyalardan, piar üsullarından istifadə etmək olar, amma mütləq onu yerli müstəviyə uyğunlaşdırmaq lazımdır. Çünki, əks halda, mən inanmıram ki, hər hansı effektiv bir şey alınsın.



Rasim Musabəyov: Texnologiyaların imkanları var. Onlar kiminsə imkanını artıra bilər. Düzgün olmayan texnologiya o imkanlara xələl gətirə bilər. Ancaq [Ukraynada Yanukoviç kimi] heç nəyi, yəni, "sıfırı" gətirib hansısa bir siyasi fiqura çevirmək, bu, mümkün olan bir məsələ deyil.



Əli Abbasov: İmicmeyker mədəni mühitini bilməlidir. Təbii ki, bu adamlar burdan [Azərbaycandan] olmalıdırlar. Xaricdən gələn imicmeykerlər problemləri o qədər yaxşı həll edə bilməzlər.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG