Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:31

«Güney Azərbaycan qarşıdurmaya sürüklənir»


Səs: Real audio
İran terrordan əziyyət çəkən ölkə kimi dəstək qazanmağa və hərbi müdaxiləyə rəvac verə biləcək amilləri sıradan çıxarmağa cəhd göstərir «Yeni Azərbaycan» qəzetindəki «Ermənilərin planı iflasa uğradı» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Ermənistan və Rusiya dəmiryol xəttinin açılışı təxirə salınıb. Müəllif yazır ki, bu yol Türkiyə və Azərbaycanın Ermənistana tətbiq etdiyi nəqliyyat blokadasını aradan götürmək məqsədi ilə inşa olunub. Dəmiryolun əsas hissəsi Abxaziyadan keçdiyi üçün danışıqlara Gürcüstanın da dəvət edilməsi birincinin ürəyincə olmayıb. Nəticədə Ermənistanı nəqliyyat blokadasından çıxaracaq dəmiryol xəttinin açılışı qeyri-müəyyən müddətə təxirə salınıb.



«Xalq Cəbhəsi» qəzetindəki «Güney Azərbaycan qarşıdurmaya sürüklənir» başlıqlı məqalədə Coşqun Məmmədov yazır ki, İran beynəlxalq aləmdə terrordan əziyyət çəkən ölkə kimi dəstək qazanmağa və hərbi müdaxiləyə rəvac verə biləcək amilləri sıradan çıxarmağa cəhd göstərir. Məqalədə bildirilir ki, bunun nəticəsində Güney Azərbaycanın bir sıra bölgələrində yerli sakinlər PKK silahlılarının hücumları qarşısında köməksiz qalıblar. İran qaçaqmalçılıq yolu il qazanılan vəsaiti silahlanmaya sərf edən qruplaşmalardan Güney Azərbaycanın milli azadlıq mübarizəsinə qarşı istifadə edir.



«Bakı - Xəbər» qəzetindəki «Seçki Məcəlləsi ilə MSK-nın təlimatı arasında böyük təzad var» başlıqlı məqalədə Namiq yazır ki, parlament seçkisinin normativ sənədlərinin beynəlxalq aktlara uyğun olmadığına dair saysız nümunələr var. Məsələn, eyni seçki hərəkəti barədə müxtəlif sənədlərin müəyyən etdiyi normalar bir-biri ilə ziddiyyət təşkil edir. Müəllif yazır ki, bu uyğunsuzluqlar seçkinin demokratik keçməsini əngəlləmək və namizədlərin qeydə alınmasında problemlər yaratmaq üçün bilərəkdən yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG