Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:31
Rubrikalar

Neftin qiyməti 65 dolları keçdi


Səs: Real audio
Sarvan Sərxanov: «Mənə dedilər ki, təşkilatın bütün üzvlərini Ruslan Bəşirlinin yanına göndərəcəyik» - Prezident İlham Əliyev Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama görə, əlillər üçün mənzil tikintisi, güzəştlər və digər məqsədlərə ayrılan vəsait artırılacaq.



- Digər bir prezident sərəncamı ilə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun qüvvəyə minib. Dəyişikliyə görə, vergi ödəyicisi öhdəliklərini yerinə yetirməyəndə, onun əmlakı maliyyə sanksiyalarının təmin olunması üçün siyahıya alınacaq.



- Neftin qiyməti gözləndiyi kimi bir barrel üçün 65 dolları keçdi. "Reuters" agentliyinin məlumatına görə, Fars Körfəzi və Şimal dənizində neft hasilatı ilə bağlı müvəqqəti problemlər neftin qiymətini 65 dollar 23 sentə qaldırıb.



Beynəlxalq Energetika Agentliyi dünyada neftə tələbatın artmadığı haqda bəyanatla çıxış etsə də, dəyişiklik baş verməyib. Ekspertlər qiymətlərdəki son artımı qeyri – OPEK ölkələrinin bu il ixracı artırmayacağı ilə bağlı xəbərlərlə izah edirlər.



- "Gilan Holdinq" şirkəti Bakının Qaradağ rayonunda kərpic zavodu tikməyə başlayıb. İldə 20 milyon kərpic istehsal edəcək müəssisənin 5-6 milyon dollara başa gələcəyi bildirilir. Zavodun gələn ilin 1-ci yarısında işə düşəcəyi gözlənilir.



Şirkət Bakıda dəyirman və kafel-metlax istehsal edəcək zavodun da tikintisini nəzərdə tutub.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 665, 1 rubl 164, 1 avro isə 5792 manatdır.
XS
SM
MD
LG