Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:38
Rubrikalar

Qadın alpinistlər Şahdağa yürüşə hazırlaşırlar


Səs: Real audio
Daxili İşlər Nazirliyinin sözçüsü Müsavat başqanına hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görür - Avqustun 12-də futbol üzrə 14-cü milli çempionat start götürür. Ötən mövsümdən fərqli olaraq, bu çempionatda 18 yox, 14 komanda mübarizə aparacaq. Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Ölkə kubokunun sahibi «Bakı» ötən çempionatın bürünc mükafatçısı – Yevlaxın «Karvan» klubunu qəbul edəcək.



- Avqustun 12-si ölkədə daha bir yarışa start verilir. Bakıda otüstü xokkey üzrə beynəlxalq turnir başlayır. İran İslam Respublikası və Azərbaycanın kişi xokkey komandalarının mübarizə aparacağı turnir 6 gün davam edəcək.



- Voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasimi də avqustun 12-ə təsadüf edir. Avstriyada keçirilən bu tədbirdə «Azərreyl»in rəqibi müəyyənləşəcək.



Avropanın ən güclü qadın klublarının iştirakı ilə keçən həmin yarışda voleybolçular hərəsi 6 komanda olmaqla 2 qrupda mübarizə aparacaq. Qaydaya görə, pley–off mərhələsinə hər qrupdan 3 komanda çıxmalıdır. Oktyabrın 19–da başlayacaq qrup yarışları yanvarın 17-də başa çatacaq.



- Qadın alpinistlərdən təşkil olunmuş 30 nəfərlik qrup avqustun 18-də Quba rayonundakı Şahdağa yürüşə hazırlaşır. Gənclər, İdman və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri Raqif Abbasov qrupda 5 ölkənin təmsilçisinin olduğunu deyir. Alpinistlərin 20 nəfəri Azərbaycan təmsilçisidir. Texniki problemləri və ortaya çıxa biləcək digər çətinlikləri aradan qaldırmaq üçün isə qrupu 30 kişi idmançı müşayiət edəcək.



Mətbuat xidmətinin rəhbəri deyir ki, bu, İslam ölkələri qadınlarının ilk birgə yürüşüdür.



- Avqustun 24-28-də Göyçay rayonunda universal döyüş üzrə beynəlxalq turnir keçiriləcək.



Qarabağ müharibəsində həlak olanların xatirəsinə həsr edilən bu yarışda Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İran və Moldovadan 400-ə yaxın idmançı 45 çəki dərəcəsi üzrə mübarizə aparacaq.
XS
SM
MD
LG