Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:48

İndiyə qədər çimərliklərdə 36 nəfər batıb


Səs: Real audio
Bədbəxt hadisələrin çoxu Bilgəh çimərliyində baş verib İndiyə qədər Sumqayıt və Abşeron çimərliklərində 36 nəfər batıb. Onlardan 14-ü özəl, 5-i dövlət çimərliklərində, 17 nəfər isə qadağan olunmuş ərazilərdə boğulub.



Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) təbliğat-təşviqat şöbəsinin müdiri Rafig Ağayev bədbəxt hadisələrin çoxunun Bilgəh çimərliyində baş verdiyini bildirir. Onun sözlərinə görə, bu ilki çimərlik mövsümündə 214 nəfəri xilas etmək mümkün olub.



DSXX avqustun sonunda bütün ölkə üzrə çimərlik zonalarındakı bədbəxt hadisələrin statistikasını açıqlayacaq.



Keçən ilki çimərlik mövsümündə 26 nəfər batmışdı.
XS
SM
MD
LG