Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

Karikaturaçılar üçün "Molla Nəsrəddin" müsabiqəsi


Səs: Real audio
«Ruslan Bəşirli bizim yox, Əli Kərimli və İsa Qəmbərin yetişdirməsidir» Karikatura çəkməklə özünü sınamaq istəyənlər 4-cü Beynəlxalq Molla Nəsrəddin Karikatura Müsabiqəsində iştirak edə bilərlər.



Müsabiqə Azərbaycan Karikaturaçılar Birliyi, Türkiyə səfirliyinin mədəniyyət və informasiya müşavirliyi və "Azərfoto" agentliyi tərəfindən təşkil olunub. Müsabiqəyə göndəriləcək əsərlər soyqırım və ya terrorizm mövzusunda olmalıdır.



Karikaturaçılar Birliyinin prezidenti Seyran Cəfərli müsabiqədə iştirak etmək istəyənlərin qarşısında digər tələblərin də qoyulduğunu deyir:



"Əsərlər heç bir yarışda mükafat almamalı və original formada göndərilməlidir. Əsərlər 3-dən artıq olmamalıdır".



Seyran Cəfərlinin sözlərinə görə, qaliblərə mükafatlar da veriləcək:



"Bu yarışın kataloqu çıxacaq. Baş prizi 200 dollar həcmində təyin etmişik. Qalan yerlər diplom və başqa mükafatlarla təltif olunacaq".



Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini sentyabrın 30-dək Azərbaycan Karikaturaçılar Birliyinə təqdim etməlidirlər. Əsərlər yerli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər isə oktyabrın 15-də elan olunacaq.



Əlavə məlumatı www.azerphoto.com saytından da oxuya bilərsiz.
XS
SM
MD
LG