Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:08

Siyasi məhbuslarla bağlı işçi qrup yenidən toplaşacaq


Səs: Real audio
«Ruslan Bəşirli bizim yox, Əli Kərimli və İsa Qəmbərin yetişdirməsidir» Avqustun 16-da siyasi məhbuslarla bağlı işçi qrupunun növbəti yığıncağı keçiriləcək. Bu barədə hüquq müdafiəçilərinə qrupun katibliyindən bildiriblər.



Hüquq müdafiəçisi Murad Sadəddinov deyir ki, toplantıda amnistiya ilə bağlı verdikləri təklifləri müzakirə edəcəkələr.



Digər hüquq müdafiəçisi Çingiz Qənizadə isə yığıncaqda qrupun iclaslarının dəfələrlə təxirə salınmasına cavab istəyəcəklərini bildirir. O, indiyə qədər toplantının ləngiməsinin səbəbinin məlum olmadığını deyir.



Cənab Qənizadənin sözlərinə görə, qrupa daxil olan 10 huquq müdafiəçisindən səkkizi bu səbədən qurumu tərk etmək fikrində olub.



İşçi qrup siyasi məhbus məsələsini beynəlxalq aləmdə deyil, ölkə daxilində həll etmək məqsədilə yaradılıb. Quruma rəsmilər və bir sıra hüquq müdafiəçiləri daxildir. Qrupun indiyə qədər üç iclası keçirilib.
XS
SM
MD
LG