Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:41

«Pentaqon «Xəzər keşikçiləri» proqramına 130 milyon dollar ayırıb»


Səs: Real audio
«Ruslan Bəşirli bizim yox, Əli Kərimli və İsa Qəmbərin yetişdirməsidir» «Ayna» qəzetindəki «Vaşinqtondan Azərbaycan hökumətinə çağırış» başlıqlı məqalədə İdrak Abbasov yazır ki, Ruslan Bəşirli olayı ilə bağlı AXCP qarşısında ard-arası kəsilməyən aksiyalar və telekanallardan düşməyən «satqın oğul» şousu nəhayət ABŞ-ı da narahat etdi. Məqalədə bildirilir ki, dünən dünyaya demokratiyanı diqtə edən bu ölkənin Azərbaycandakı səfirliyi baş verənləri pisləyən xüsusi bəyanatla çıxış edib. Müəllif yazır ki, bu, Azərbaycan hökumətinin vəziyyətini yaxşılaşdırmağa yönəlməyən bir hadisədir.



«Xalq Cəbhəsi» qəzetindəki «ABŞ Xəzərdə hərbi fəallığını artırır» başlıqlı məqalədə Toğrul yazır ki, Pentaqon «Xəzər keşikçiləri» proqramına 130 milyon dollar ayırıb. Məqalədə bildirilir ki, məqsəd Birləşmiş Ştatların siyasi və iqtisadi maraqlarının cəmləşdiyi regionda vəziyyəti sabitləşdirməkdir. Məqalədə həmçinin yazılır ki, məlumatı ABŞ mənbələrindən əldə ediblər. Artıq Birləşmiş Ştatlar mətbuatında da bu məsələ müzakirə olunur.



«Yeni Azərbaycan» qəzetindəki «Türkiyə - Ermənistan münasibətləri yeni gərginlik mərhələsinə daxil olub» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Ermənistanda Türkiyə vətəndaşı olan Yektan Türkyılmaz həbs olunub. O, Ermənistan arxivlərinə buraxılan ilk türk vətəndaşıdır. Məqalədə qeyd olunur ki, cənab Türkyılmaz ixtisasca ermənişünasdır. O, 17-20-ci əsrlərə aid 88 kitabı arxivdən çıxarmaq cəhdinə görə hava limanında həbs olunub. Yazıda bildirilir ki, Türkiyənin siyasi dairələri bu dəlilləri əsassız sayır.
XS
SM
MD
LG