Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:25

AXCP-nin bağlanması tələbləri davam edir


Səs: Real audio
«Ruslan Bəşirli bizim yox, Əli Kərimli və İsa Qəmbərin yetişdirməsidir» Avqustun 11-də özlərini Zərdab və Göyçay rayonlarının sakinləri kimi təqdim edən bir qrup şəxs AXCP qərargahının yaxınlığında - Sahil bağında etiraz aksiyası keçirdi.



Piketçilər partiyanın mənzil-qərargahına yaxınlaşmaq istəsələr də, polis buna imkan vermədi. Etiraz edənlər qəbul etdikləri qətnaməni oxdular. Onlar AXCP lideri Əli Kərimli və «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli haqqında tədbir görülməsini və AXCP-nin bağlanmasını tələb etdilər. Piketçilər cənab Bəşirlinin əslən Zərdab rayonundan olmasına diqqət çəkərək «O, bizim yox, Əli Kərimli və İsa Qəmbərin yetişdirməsidir» dedilər.



Aksiyaçılar prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini də sözlərinə əlavə etdilər.



AXCP-nin sədr müavini Həsən Kərimli deyir ki, Ruslan Bəşirli olayına görə partiyanın bağlanmasını tələb etmək absurddur: «Çünki Ruslan Bəşirli AXCP tərəfdarı olsa da, müstəqil quruma rəhbərlik edib». Onun sözlərinə görə, hakimiyyət bu məsələdən istifadə etməklə həm seçki ərəfəsində partiyanı zərərsizləşdirməyə, həm də Ermənistan və Azərbaycan prezidentlərinin avqustun 26-da Kazanda nəzərdə tutulan görüşü ərəfəsində ictimaiyyəti çaşdırmaqa çalışır.



Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Bahar Muradova isə deyir ki, hakimiyyət heç vaxt Ruslan Bəşirli olayından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı niyyətlərini pərdələmək üçün istifadə etməz.



«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov da xanım Muradovanın mövqeyini bölüşür: «Onsuz da bu münaqişə yalnız hər iki tərəfin ciddi güzəştləri fonunda həl edilə bilər». Ancaq cənab Mirqədirov deyir ki, hakimiyyətin seçki öncəsi bu məsələdən mümkün qədər yararlanmaq istəyi çox açıq şəkildə görünür. Onun qənatinə görə, müxalifətə hücumlar və qanunsuz üsullarla seçkini udmağa cəhd göstərmək hakimiyyətə yaxşı heç nə vəd etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG