Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:31

Şimali Kiprə köçən azərbaycanlıların əksəriyyəti ali məktəb müəllimləridir


Səs: Real audio
«Ciddi ittihamlar mətbuatda deyil, məhkəmələrdə qaldırılmalıdır» Bugünkü "Qlobus"un qonaqları:



- Şimali Kiprdən Azərbaycan Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Fəxrəddin Məmmədov;



- Britaniyada təhsilini davam etdirən Taleh Qasımov



- Bu ilin mart ayında Şimali Kiprdə Azərbaycan Mədəniyyət və Əməkdaşlıq Mərkəzi yaradıldı. Mərkəzin hansı zərurətdən yaranması və Şimali Kiprdəki azərbaycanlılar barədə mərkəzin sədri, Nikosiyadakı Yaxın Şərq Universitetinin prorektoru Fəxrəddin Məmmədov danışdı.



Cənab Məmmədov deyir ki, Şimali Kiprə köçən azərbaycanlıların böyük hissəsini ali məktəb müəllimləri təşkil edir.



- İkinci qonağımız Böyük Britaniyada oxuyan azərbaycanlı Taleh Qasımovdur. O, əvvəlcə Bakı Dövlət Universitetində oxuyub, daha sonra Oksford Bruks Universitetinin beynəlxalq əlaqələr fakültəsində magistratura təhsilini davam etdirib.



Taleh deyir ki, təhsilini bitirdikdən sonra Azərbaycana qayıtmaq niyyətindədir. Amma hesab edir ki, indiki vəziyyətdə onun Britaniyada aldığı biliklərin Azərbaycanda tətbiqi qeyri-mümkündür.



- Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı [ASMDİ] Azərbaycanda payızda keçiriləcək parlament seçkiləri ilə bağlı avqustun 9-da bəyanat qəbul edib.



Bəyanatda Xalq Cəbhəsi partiyasının qərargahı qarşısında keçirilən aksiyalar pislənilir, baş verənlər demokratik seçkilərin qarşısının alınmasına yönəlmiş addım kimi qiymətləndirilir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG