Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:27

«Sərhədsiz Reportyorlar» müxalifət mətbuatını qorxutmaqdan əl çəkməyə çağırır


Səs: Real audio
«Ciddi ittihamlar mətbuatda deyil, məhkəmələrdə qaldırılmalıdır» «Sərhədsiz Reportyorlar» təşkilatı bir neçə müxalifət qəzeti və AXCP qərargahının yerləşdiyi Xaqani küçəsində son günlər baş verənləri pisləyən bəyanat yayıb: «Hücuma məruz qalanlar basqıları hökumət tərəfdarlarının təşkil etdiyini deyirlər».



Təşkilat hökumətyönlü partiyaları və medianı müxalifət qəzetlərini qorxutmaqdan əl çəkməyə, Avropa Şurası və ATƏT qarşısında götürülən ödəliklərə əməl etməyə çağırır.



Bəyanatda vurğulanır ki, son insidentlər noyabrda keçiriləcək parlament seçkisi ərəfəsində baş verir.



Sözügedən ünvanda "Azadlıq", "Bizim Yol" qəzetləri, Jurnalist Təşkilatları Konfederasiyası və "Turan" İnformasiya Agentliyi yerləşir.
XS
SM
MD
LG