Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:08
Rubrikalar

Holland şirkəti Gəncədə alüminium zavodu tikmək niyyətindədir


Səs: Real audio
«Ciddi ittihamlar mətbuatda deyil, məhkəmələrdə qaldırılmalıdır» - Azərbaycanda işləyən Hollandiyanın "Fondel Metal" şirkəti alüminium sənayesinə 300 milyon dollarlıq sərmayə yatırmağı nəzərdə tutub.



"Interfax-Azərbaycan" agentliyinin məlumatına görə, bu haqda layihə İqtisadi İnkişaf Nazirliyinə göndərilib. Nazirlik isə vəsaitlərin cəlb olunması üçün dövlət zəmanəti verilməyəcəyini bəyan edib.



"Fondel Metal" şirkəti Gəncədə alüminium istehsalı üzrə zavodun və onu elektriklə təmin edəcək stansiyanın tikintisini planlaşdırır. Şirkətlə Azərbaycan hökuməti arasında bir neçə il əvvəl bağlanan müqaviləyə əsasən, "Fondel Metal" alüminium sənayesinə 1 milyard dollara yaxın sərmayə yatırmalıdır.



- İqtisadi İnkişaf Nazirliyi özəlləşdirilməli olan əmlakın yenidən qiymətləndirilməsini istəyir. "Trend" agentliyinin məlumatına görə, bu haqda təkliflər Nazirlər Kabinetinə göndərilib.



İqtisadi İnkişaf Nazirliyi bazar qiymətləri ilə yeni hesablama nəticəsində dövlət mülkiyyətinin bahalaşacağını bildirir. Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, dövlət müəssisələrinin səhmlərinin satışı üzrə növbəti pullu hərrac sentyabrın 6-sı keçiriləcək.



- Milli Bankın məlumatına görə, dollar ötən həftə olduğu kimi ucuzlaşmaqda davam edir. İndi 1 dollar 4 668, 1 avro 5 769, 1 rubl isə 164 manatdır.
XS
SM
MD
LG