Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:33

«Azadlıq» bloku altı dairədə ilkin seçki keçirəcək


Səs: Real audio
Vahid namizədlərini müəyyənləşdirmək üçün Avqustun 12-də ADP, AXCP və Müsavat partiyalarının daxil olduğu «Azadlıq» seçki bloku vahid namizədlərini müəyyənləşdirmək üçün altı dairədə ilkin seçki keçirəcək. Seçkilər Abşeron, Masallı, Şəmkir, Balakən, Qazax və Əli Bayramlı dairələrində olacaq.



Müsavat Partiyasının başqan müavini Vurğun Əyyubun sözlərinə görə, partiyaların hərəsindən üç nəfər olmaqla Mərkəzi İlkin Seçki Komissiyası və yerlərdə eyni prinsiplə seçki komissiyaları yaradılıb: «Ən çox səs yığan şəxslər blokun vahid namizədi olacaqlar».



Cənab Əyyub ilkin seçki keçirmək üçün yerli icra hakimiyyəti orqanlarına müraciət etdiklərini deyir: «Əvvəlcə bəzi rayonlarda müəyyən əngəllər yaradılsa da, indi bu problem həllini tapmış kimi görünür».
XS
SM
MD
LG