Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:59

23 min abituriyent tələbə adını qazanıb


Səs: Real audio
Dövlət hesabına qəbul yerlərinin üç fazi boş qalıb «23 min abituriyent tələbə adını qazanıb». Bunu «Azadlıq» radiosuna Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirdi. Onun sözlərinə görə, imtahanlarda ən çox ikinci qrup üzrə bal toplanıb: «Bakı - Türk Litseyinin məzunu Orxan Salmanlı 696 bal toplayıb. O, Dövlət İdarəçilik Akademiyasına qəbul olub. Ümumilikdə isə 1050 abituriyent 600-dən yuxarı bal toplayıb».



Xanım Abbaszadə avqustun 12-dən 16-dək vakant yerlərə qəbul üzrə ikinci turda iştirak etmək istəyənlərin sənədlərinin qəbul ediləcəyini bildirir.



O, dövlət hesabına qəbul yerlərinin üç fazinin boş qaldığını deyir.



M.Abbaszadə 50-dən çox bal toplayan abituriyentlərin imtahan vermədən orta-ixtisas peşə məktəblərinə qəbul oluna biləcəyini də söyləyir.



Bu il ali məktəblərə 100 mindən çox abituriyent sənəd vermişdi.
XS
SM
MD
LG