Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:48
Rubrikalar

Albanlarla oyuna çıxacaq futbolçular müəyyənləşdi


Səs: Real audio
Niko Nikolaşvili və Amiran Kaladze Padol Kixradze adlı Gürcüstan vətəndaşının qətlində təqsirləndirilir - Avqustun 12-də «Azərreyl»in rəqibi bilinəcək. Həmin gün Avstriyanın paytaxtı Vyanada voleybol üzrə çempionlar liqasının qrup mərhələsinin püşkatması keçiriləcək. Qrup mərhələsinin oyunlarına oktyabrın 19-da start veriləcək. "Azərreyl" artıq dördüncü dəfədir bu mötəbər turinirə qatılır.



- Avqustun 9-da «Bakı» və «Şahdağ Samur» klubları yoldaşlıq görüşü keçiriblər. Quba Olimpiya Kompleksində keçirilən oyun 4-1 hesabıyla «Bakı» klubunun xeyrinə başa çatıb. Qalib komandada qolların ikisini Andrey Ştolser, birini Leandro Qomeş, birini isə Ceyhun Sultanov vurublar. Oyun növbəti milli çempionata hazırlıq məqsədi daşıyır.



- Albaniya yığması ilə yoldaşlıq görüşünə hazırlaşan Azərbaycanın futbol üzrə milli komandasının heyəti müəyyənləşib.



Sabiq baş məşqçi Karlos Alberto Torresin yığmadan uzaqlaşdırdığı Mahmud Qurbanov, Samir Əliyev və Zaur Tağızadə yenidən heyətə cəlb edilib. Anatoli Ponomoryov, Samir Abbasov və Kamal Quliyev müəyyən səbəblərə görə bu oyunda iştirak etməyəcəklər.



- Beynəlxalq Güllə Atıcılığı Federasiyası ötən ay üçün reytinq cədvəlini açıqlayıb. 25 metr məsafəyə pnevmatik tapançadan güllə atıcılığında İradə Aşumova və stend atıcılığında Zemfira Meftəhəddinova beşinci pillədə qərarlaşıblar.
XS
SM
MD
LG