Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:29

Korrupsiyaya dair ilk regional konfrans keçiriləcək


Səs: Real audio
Səbayel rayon Polis İdarəsinin rəisi Xanlar Zeynalov aksiyanı «xalqın etirazı» adlandırır Avqustun 15-də İsmayıllıda korrupsiya ilə mübarizəyə dair birinci regional konfrans keçiriləcək. Konfrans Amerika Hüquqşünaslar Assosiasiyası və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycanın Gənc Hüquqşünaslar Assosiasiyası tərəfindən təşkil olunub.



Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nadir Adilov deyir ki, konfransı təşkil etməkdə əsas məqsəd ölkə gəncləri arasında maarifləndirmə işlərinin aparılmasıdır: "Əsas məqsəd maarifləndirmək və müəyyən fikirləri bölüşməkdir".



Nadir Adilovun sözlərinə görə, bir gün keçiriləcək konfransda yerli məruzəçi əsasən, Azərbaycanda korrupsiyaya qarşı qanundan və dövlət proqramından danışacaq: "Məruzəçi Korrupsiyaya qarşı Azərbaycan Respublikasının Qanunu, dövlət proqramından və başqa bu qəbildən olan məlumatları iştirakçılara çatdıracaq".



Nəinki İsmayıllıdan, həm də digər regionlardan olan gənclər də konfransda iştirak edə bilərlər. Bunun üçün sadəcə Gənc Hüquqşünaslar Assosiasiyasına müraciət etmək lazımdır.



Assosiasiyanın sədri Nadir Adilovun bildirdiyinə görə, bu cür konfransların yaxın gələcəkdə digər regionlarda – Gəncə, Şəki, Lənkəran, Sumqayıt və Mingəçevirdə də keçirilməsi nəzərdə tutulub.
XS
SM
MD
LG