Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:23

AXCP qarşısında növbəti piket cəhdi də toqquşmasız ötüşmədi


Səs: Real audio
Səbayel rayon Polis İdarəsinin rəisi Xanlar Zeynalov aksiyanı «xalqın etirazı» adlandırır Avqustun 9-da özlərini Gəncə şəhərindən gəlmiş dindar və şəhid anaları kimi təqdim edən bir qrup şəxs AXCP qərargahı qarşısında piket keçirməyə cəhd etdi. Aksiyaçılar bildirirlər ki, «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə xəbərlərdən hiddətləniblər. Onlar AXCP sədri Əli Kərimlini R.Bəşirlini təlimatlandırmaqda ittiham edirlər.



Piket başlayan kimi aksiyaçılarla partiya fəalları arasında qarşıdurma yarandı.



Aksiyaçılar partiya üzvlərini onlara xəsarət yetirməkdə ittiham edirlər. AXCP fəalları isə heç kəsə xəsarət yetirmədiklərini, yalnız özlərini müdafiə etdiklərini deyirlər.



AXCP-nin Mətbuat Xidmətinin rəhbəri İsaq Əvəzoğlu deyir ki, partiyanın qarşısındakı etiraz aksiyalarını iqtidar təşkil edir və məqsəd ictimaiyyətin diqqətini qarşıdan gələn parlament seçkisindən yayındırmaqdır.



Səbayel rayon Polis İdarəsinin rəisi Xanlar Zeynalov isə əksinə aksiyanı «xalqın etirazı» adlandırır. O, bu səbəbdən polisin partiya qarşısında keçirilən icazəsiz aksiyalara müdaxilə etmək niyyətində olmadığını deyir. Cənab Zeynalov bildirir ki, aksiyalar zamanı qarşıdurma yaransa da, xəsarət alan olmayıb.



AXCP sədri Əli Kərimli isə keçirdiyi mətbuat konfransında deyib ki, partiyaya qarşı təxribat planı hazırlanır: «Plana görə, partiya qərargahı qarşısında keçiriləcək növbəti piketlərdə cəbhəçiləri qarşıdurmaya çəkmək nəzərdə tutulub».



O, tərəfdarlarına bundan sonra partiya qarşısında keçirilən etiraz aksiyaları zamanı qərargahı tərk etməmək göstərişi verdiyini deyir.



AXCP qarşısında oxşar aksiyalar avqustun 6-ı və 8-də də keçirilməyə cəhd edilib.
XS
SM
MD
LG