Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:27

«Müxalifətə qarşı təxribat qərargahı «Vişnyovka»da yerləşdirilib»


Səs: Real audio
Merabi Cibutianın qeyri-hökumət təşkilatına rəhbərlik etməsi də təkzib edildi «Əli Kərimlinin əhatəsində formalaşan gənclər heç vaxt vətənpərvər ola bilməzlər». Millət vəkili Qüdrət Həsənquliyev «Yeni Azərbaycan» qəzetinə açıqlamasında belə deyib: «Əli Kərimlini Ruslan Bəşirli səviyyəsində insanlar əhatə edir. Məhz belələrinin fonunda o özünü böyük görür». Cənab Həsənquliyev deyir ki, Ə.Kərimlinin partiyası biabırçı addım atıb və buna görə o xalqdan üzv istəməli idi: «Ona tövsiyə edirəm ki, siyasətdən gedib Avropa ölkələrinin birində yaşasın. Əgər Ruslan Bəşirli bilsəydi ki, Əli Kərimli onun ermənilərlə görüşündən xəbər tutsa təşkilatdan qovulacaq belə addım atmazdı».



«Ayna» qəzetindəki «Qaradağ rayon Məhkəməsi ölümə məhkum olunanların işinə baxa bilməz» başlıqlı məqalədə İdrak yazır ki, Qobustan həbsxanasındakı mənbələrdən verilən xəbərə görə, avqustun 1-dən aclıq aksiyasına başlamış məhbuslar etirazlarını davam etdirirlər. Müəllif yazır ki, aksiya iştirakçıları Konstitusiya Məhkəməsi onların işinə baxana və ədalət bərpa olunanacan öz mövqelərində qalmaq fikrindədirlər.



«Bakı - Xəbər» qəzetindəki «Müxalifətə qarşı təxribat qərargahı «Vişnyovka»da yerləşdirilib» başlıqlı məqalədə İsmayıl İsmayılbəyli yazır ki, 1993-cü ildən bu yana Azərbaycanda keçirilən bütün seçkiləri istisnasız olaraq saxtalaşdıran Əliyevlər hakimiyyətinin noyabrda da eyni prosesi təkrarlamağa hazırlaşdığı aydın görünməkdədir. Məqalədə bildirir ki, hakimiyyət parlament seçkisini saxtalaşdırmaq və sonra xalqın etiraz dalğasını yatırmaq üçün rəsmi Moskva ilə ciddi təmaslara girib.
XS
SM
MD
LG